Ağdamda vağzal kompleksində tarixi kommunikasiya xəttinin inşası tamamlanıb
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Ağdamdakı vağzal kompleksində tarixi kommunikasiya xətlərinin çəkilməsini tamamlayıb.
525.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi zamanı Bərdə stansiya binası-yük və sərnişin platforması, piyada keçidi, Köçərli stansiyası-sərnişin platforması üzrə işlər tamamlanıb.
Bundan başqa, Təzəkənd dayanacağı-sərnişin platformasının, 9 ədəd qorunan keçid üzrə xidməti binaların, elektrik təchizatı üzrə dirəklərin basdırılması və hava xəttinin çəkilişi, Bərdə yarımstansiya binasının tikintisi, rabitə-işarəvermə üzrə yolda nəzərdə tutulan bütün çöl avadanlıqlarının, Bərdə, Köçərli və Təzəkənd stansiyalarında daxili avadanlıqların quraşdırılması istiqamətində işlər yekunlaşıb. Ağdam Vağzal kompleksində beton konstruksiya işləri, yol işçiləri üçün bina, iri və kiçik ölçülü nəqliyyat vasitələri üçün servis binaları da tamamlanıb ("Report").
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















