Ağdamda yeniyetmə qıza qarşı ZORAKILIQ 4 nəfər TUTULDU
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorlandığı iddia olunur.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.
Zərərçəkən yeniyetmə ailəsinə məlumat verdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 10 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















