Icma.az
close
up
RU
Ağdamın kəndləri sakinləri qarşılamağa hazırlaşır Foto

Ağdamın kəndləri sakinləri qarşılamağa hazırlaşır Foto

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Axar.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi Azərtac-a açıqlamasında Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evinin inşa edildiyini bildirib.

Məlumata görə, qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.

Kəngərli kəndi

Kəngərli kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama və xarici bəzək işləri davam edir. Evlərdə Günəş panellərinin, həyətyanı sahələrdə tamet və hasarın quraşdırılması işləri aparılır. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi yekunlaşıb, ev birləşməsi işləri davam edir. Eyni zamanda, kanalizasiya və rabitə quyularının, kabellərin quraşdırılması işləri də görülür. Həmçinin kənddə inşa edilən məktəbin dəmir-beton və daxili bəzək işləri icra edilir. Uşaq bağçasında dəmir-beton işləri yerinə yetirilib, daxili bəzək işləri aparılır. Kəngərli kəndində inşa edilən məktəb 2 mərtəbəli və 484 şagird yerlik, uşaq bağçası isə 120 yerlik olacaq. Çoxfunksiyalı bina, bazar kompleksi və tibb məntəqəsində də dəmir-beton işləri yekunlaşıb.

Sarıcalı kəndi

Sarıcalı kəndində həyətyanı landşaft işləri də yerinə yetiriləcək. Məktəb və bağçanın inşasında dəmir-beton hörgü və bəzək işləri davam edir. Sarıcalı kəndində inşa edilməkdə olan ikimərtəbəli məktəb 360 şagird yerlik, ikimərtəbəli uşaq bağçası isə 100 yerlikdir. Bazar kompleksi və tibb məntəqəsində dəmir-beton işləri yerinə yetirilib. Kənddə su xətinin çəkilişi yekunlaşıb. Qaz və kanalizasiya xətlərinin çəkilməsi işləri davam edir. Evlərə çıxış xətlərinin, kabellərin quraşdırılması və rabitə quyularının quraşdırılması işləri bitmək üzrədir.

Xıdırlı kəndi

Xıdırlı kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama işləri davam edir. 528 yerlik məktəb binasında artıq son tamamlanma işləri aparılır. Bu məktəb Qırğızıstan tərəfindən inşa edilir. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Həmçinin Xıdırlıda da 120 yerlik uşaq bağçası inşa edilir. Klub İcma Mərkəzi, məişət xidmət obyekti və çoxfunksiyalı binanın inşasında dəmir-beton işləri yerinə yetirilib, daxili və xarici bəzək işləri davam edir. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi, ev birləşməsi işləri davam edir. Həyətyanı kanalizasiya xətti və yağış suları kanalizasiyasının tikintisi, evlərə çıxış xətlərin verilməsi, kabellərin çəkilməsi və rabitə quyularının quraşdırılması işləri də yerinə yetirilib.

Mühəndis Şaiq Məmmədov isə bildirib ki, Xıdırlı kəndinin tikintisi artıq yekunlaşmaq üzrədir. Kənddə inşa edilən 719 fərdi evin bir qismində işlər tam bitib, digərlərində son tamamlama, interyer işləri aparılır. Kənddaxili yolların yaxın günlərdə asfaltlanması nəzərdə tutulur. Kənddə elektrik dirəklərindən istifadə olunmayıb, bütün xətlər yeraltı çəkilib. Evlər inşa olunarkən yüksəkkeyfiyyətli materiallardan, istilik izolyasiyasından istifadə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Mart 2025 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri