Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olub, vəziyyəti ağırdır YENİLƏNİB 2
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
APA-nın yerli bürosunun məlumatına görə, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
***
15:52
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-YA məlumat verilib ki, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.
1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.
Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
14:31
Ağdərədə mina hadisəsi baş verib, xəsarət alan var.
APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonunun Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 16 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















