Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: 9 il sonra qarşılaşdıq
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Xalq artisti Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışıb. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, “Əyrixətt” adlı “Youtube” layihəsinin qonağı olan müğənni Rüfət Məlikovun azadlığa çıxmasına münasibət bildirib. Ağayev deyib ki, həmin şəxsi bağışlayıb:“Prokurorun istəyi 15 il idi. Mən və digər zərərçəkən 3 nəfər onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla yanaşı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram.Həmin vaxt anama görə qorxurdum. Anamla məhəbbətim Leyli və Məcnun kimidir. Düşünürdüm ki, o, mənsizliyə dözməyəcək. Özümü günahkar hesab edirdim ki, niyə anamı bu vəziyyətə saldım. Həyatımda üç dəfə kliniki ölüm keçirmişəm. Ölümə qarşı soyuqqanlıyam, amma həyatı əvvəlkindən daha çox sevirəm. 2010-cu ildə həmin hadisə zamanı məni o vəziyyətdən çıxaran həkimlər əməliyyatdan bir az sonra təkcə anama icazə verdilər ki, palataya gəlsin. Elə bil anamın gəlməyini gözləyirdim. Adam belə vəziyyətdə kiməsə şikayətlənmək istəyirdi. Anam gəldi, canımı ona tapşırdım, komaya düşdüm. Narahat idim ki, mənə görə ziyan çəkənlər ölməsin".F.Ağayev illərdir küsülü olduğu xalq artisti Flora Kərimovanın onu “gey”, qaşını alan adlandırmasından bəhs edib:“Bu köhnə üsuldur. Aşığın sözü qurtaradan “dalay-dalay” deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir qadındır. O, sırf populizmlə məşğuldur.Deyirlər ki, kişi ağlamaz. Niyə? Kişi böyük faciədən təsirlənib ağlaya bilər. Və yaxud “qızını döyməyən dizini döyər “ kimi heyvani hisslərin üzərindən qurulmuş ittihamlar həmişə əlacsızlıqdan irəli gəlib. Savadı olmayan, öz daxili dünyasını çərçivədən çıxarmayanlara belə ittihamlar lazımdır. Sən rəqibini vura bilmirsənsə, bu üsula əl atacaqsan. Flora Kərimovanın arqumenti yoxdu deyə, düşünüb ki, 70 yaşı var, hər kəs ona inanacaq. Bu səbəbdən belə deyib”.BAKU.WS
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu mövzuda digər xəbərlər:Faiq Ağayev “ləçər kişi”lərdən danışdı
12 May 2025 18:38
Faiq Ağayev də “DreamFest”də!
30 Aprel 2025 21:09
Faiq Ağayev onları klipinə çəkdi
29 Noyabr 2024 14:46
Faiq Ağayev özü özünə sarıldı
03 Noyabr 2025 11:20
“Bir müddət onu efirə dəvət etməyəcəyik” Zümrüd Faiq Ağayev haqda danışdı
16 Sentyabr 2025 10:51
Baxış sayı:62
Bu xəbər 01 Yanvar 2026 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















