Agentlik: Böyük maraq olsa, dinlə bağlı məktəblərdə fənn yaradılması təklif edilə bilər
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər".
APA xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O bildirib ki, dövlət standartları adlı sənəddə açıq şəkildə orta təhsil müddətində şagirdlərin hansı bilik, bacarıq və dəyərləri hansı səviyyədə mənimsəməli olduqları göstərilir: “Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq mövcuddursa, məsələ əsaslandırılmış və elmi yanaşma ilə dövlət standartlarına təklif edilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 15 Dekabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















