Agentlik sədri COP29 çərçivəsində tədbirdə iştirak etdi FOTOLAR
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkil etdiyi "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda yüksək səviyyəli tədbirdə iştirak edib.
"Unikal" xəbər verir ki, Zaur Mikayılov su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən danışdı.
Tədbirdə iştirak edən Albaniyanın baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın Energetika naziri cənab Sebastian Burduja və Dünya Bankının vitse prezidenti cənab Juergen Voegele COP29 tədbirinin Azərbaycanca təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd etməklə yanaşı, yaxın gələcəkdə həyata keçirilmiş yaşıl enerji layihələri barədə ictimaiyyətə məlumat verdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















