Icma.az
close
up
RU
Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala... Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala... Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin anım günüdür.

Kulis.az bu münasibətlə onun Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" əsərini təqdim edir.

Cənubi Amerikanın hind tayfasının içində belə bir rəvayət var: Allah-taala əvvəl insanı o yolda xəlq eləmişdi ki, heç bir kəsin yeməyə, içməyə, libasa və evə ehtiyacı yox idi. Belə ki, nə zəhmət çəkmək lazım idi, nə bir şeyin fikrini eləmək. Və bununla bərabər insan yüz il ömür eləyib heç bir mərəzə mübtəla olmazdı.
Bir qədər keçəndən sonra xaliqi-aləm istədi məxluquna baxıb görsün nə tövr zindəganlıq edirlər və gördü ki, adamlar dünyanın ləzzətini aparmaq əvəzinə bir-birilə qovğa, mərəkə salıb dünyanı özlərinə təngə eləmişlər və öz zindəganlıqlarına nifrin oxuyurlar.
Bunu görüb Allah-taala buyurdu: "Bunun səbəbi odur ki, hər kəs özü üçün zindəganlıq edir”.
Bunun çarəsini görməkdən ötrü pərvərdigari-aləm aclıq və üşümək xəlq elədi ki, insan məcbur olsun paltar və ev qeydi çəkməyə, ziraətə, çörək, meyvə və filan hasilə gətirməyə. Xudavəndi-aləm bu tövr fikir elədi: "Zəhmət bəni-növi-bəşəri müttəfiq elər, biri-birinə calar”; o səbəbə ki, adam təkbaşına nə ağac bıçqılamaq bacarır və nə ev tikə bilir, nə alət və əsbab yapa bilir və nə də toxum səpmək, taxıl biçmək, bir şey toxuyub tikmək bacarır. Aşkardır ki, bir işi bitirməkdən ötrü cəmiyyət nə qədər çox olsa, o qədər artıq olar onların zəhmətinin səmərəsi. Habelə onların zəhməti o qədər ağır olmaz və özləri müttəfiq olarlar.
Bir qədər vaxt keçəndən sonra genə xaliqi-aləm istədi yaratdığı məxluqa nəzər salıb görsün ki, necə zindəganlıq edirlər və gördü ki, adamların bir-biri ilə rəftarı irəlikindən dəxi də pis, fənadır. Çünki onlar hərçənd cəmiyyət ilə zəhmət çəkirdilər, amma dəstə-dəstə olmuşdular və hər dəstə səy edirdi o biri dəstə gördüyü işə mane olub, qoymasın onun işi hüsni-nəticə bağışlasın. Ya bəlkə çalışırdı bu dəstə çəkdiyi zəhmətin səmərəsini qəsb eləsin. Nəticədə o olurdu ki, hamı üçün pis və fəna keçirdi.
Məxluqun bu tövr rəftarını xoşlamayıb xudavəndi-aləm belə qərar qoydu ki, insanın əcəlinin yetişməyini nə özü və nə özgəsi bilə bilməsin, hər bir nəfər hər anda özündən ötrü ölümü gözətliyə bilsin. Bu qərardadı Allah-taala məxluqa xəbər verib güman elədi ki, dəxi insan ölümü hər dəqiqə nəzərdə tutub etibarsız zindəganlıqdan ötrü bir-birilə qovğa eləməz və biri-birinin gününü qara eləməz.
Amma belə olmadı. Xaliqi-aləm insana tamaşa edib gördü ki, məxluqun bir-birilə rəftarı irəlikindən dəxi də pis və fəna olub. Səbəbi budur ki, qüvvətli adamlar başlamışlar zəiflərin bəzisini öldürməyə və bəzisini öldürmək ilə qorxutmağa. Axırda belə oldu ki, güclü adamlar və bunların varisləri işsiz qalıb qəmə və qüssəyə mübtəla oldular, amma zəiflər həddən artıq zəhmət çəkib dinclik və rahatlığa həsrət qalıb narazı və qəmgin oldular. Pəs, qüvvətlilər bir-birinə düşmən gözü ilə baxıb, hər ikisi irəlikindən də dəxi bədbəxt oldular.
Əhvalı bu minval üzrə görüb Allah-taala naxoşluq xəlq etdi və xəyal elədi ki, qüvvətli adamlar zəifləri naxoş görüb və onlara rəhm eləyib kömək elərlər ki, qüvvətlilər özləri də naxoş olan vaxt zəiflər onlara kömək eləsinlər.
Amma bundan sonra məxluqun zindəganlığı dəxi də yaman oldu. Çünki qüvvətli adamlar naxoş vaxt zəifləri cəbrən vadar edirdilər özlərinə mütəvəcceh olsunlar, amma özləri naxoşa kömək eləmirdilər. Haman zəif adamlar ki, cəbrən qüvvətlilərə iş görürdülər və onların naxoşlarına qulluq edirdilər, dəxi mümkün eləmirdilər və fürsət tapmırdılar öz naxoşlarına kömək eləsinlər.
Və bundan əlavə çünki mərəzlərin əksəri sirayətedici idilər, adamlar naxoşluq tutmamaq qorxusundan naxoşlardan uzaq olurdular və bəlkə naxoşlara mütəvəcceh olanlardan da kənar gəzirdilər.
Bu işlərə də nəzər salandan sonra pərvərdigari-aləm buyurdu: "Çünki mən xoşbəxtlik nə olduğunu insana anlada bilmədim, qoy özləri nə tövr ki xahiş edirlər, elə də rəftar eləsinlər”. Və bundan sonra xudavəndi-aləm dəxi bəni-növi-bəşərdən əl çəkdi. Çox müddət keçdi və məxluq bilmədi nə eləsin xoşbəxt olmaqdan ötrü. Məhz bu yavıq vaxtlarda adamların bəzisi başa düşdü ki, bunun əlacı zəhmətdir və bu zəhmətdən nə qüvvətlilər lazımdır qorxub qaçsınlar, nə də zəif üçün bu zəhmət cəbr və zülmət olmalıdır.

Bu zəhmət gərək ümumi ola və bais ola insanın dilxoşluğuna və ittihadına. Haman bəzi adamlar başa düşdülər ki, bu beş günlük dünyada – ki, hər bir dəqiqə ölümü nəzərdə tutmaq lazımdır, – ağıllı adam odur ki, bu beş günü məhəbbət və mehribançılıq ilə yola sala. Və haman bəzi adamlar bunu da başa düşdülər ki, lazımdır ki, nəinki naxoşluq insanın biri birindən uzaq düşməyinə bais olsun və bəlkə lazımdır onları biri birilə yavıq və mehriban eləsin.

"Brilliant da, Röya da meyxana deyirsə..." - Şəhriyardan sərt tənqid Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi? Qərbi Azərbaycandakı mədəni irsin bərpası ilə bağlı UNESCO-ya müraciət edilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see172

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri