Icma.az
close
up
RU
Ağıllı kənd, ağıllı şəhər modelləri region iqtisadiyyatına əlavə dəyər qatır

Ağıllı kənd, ağıllı şəhər modelləri region iqtisadiyyatına əlavə dəyər qatır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Uzun müddətdir ki, Azərbaycanda regionların tarazlı inkişafının təmin edilməsi ölkənin qarşısında duran mühüm vəzifələrdən biridir.

Bakıvaxtı.az bildirir ki, regionların sosial-iqtisadi inkişafında tarazlığın əldə olunması özündə regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq kimi komponentləri ehtiva edir. Ölkədə dayanıqlı və tarazlı inkişafın vacib şərtlərindən biri ölkənin ümumi sosial və iqtisadi inkişafının onun bütün əhalisinə və bütün regionlarına əsasən eyni səviyyədə təsirinin təmin edilməsidir.

Azərbaycanda regionların inkişafı arasında olan qeyri-bərabərliyin aradan qaldırılması və regionların tarazlı inkişafı məsələləri son 20 ildə hökumətin qəbul etdiyi bir çox siyasət və strategiya sənədlərində əksini tapıb. Ölkədə regionların sosial-iqtisadi inkişafı sahəsində 4 dövlət proqramı qəbul olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub.

Həmçinin ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanılmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə təkan verib.

Bundan başqa, regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Qeyd olunan Dövlət Proqramının əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarət olub. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli (№ 500) Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq olunub.

Unutmaq olmaz ki, 2020-ci ildən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və "Böyük Qayıdış" proqramı da regionların sosial-iqtisadi inkişafına yeni nəfəs gətirib. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma layihələri, "ağıllı kənd" və "ağıllı şəhər" modelləri tətbiq olunub ki, bu, həm əhali üçün yeni yaşayış mühiti yaradır, həm də region iqtisadiyyatına əlavə dəyər qatır.

Vüsalə Əhmədova: Regionlarda xüsusi iqtisadi zonalar və sərbəst ticarət sahələri yaradılmalıdır

Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son illərdə regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan addımları bir neçə istiqamətdə dəyərləndirə bilərik:

“Yol, körpü, dəmir yolu və hava limanlarının tikintisi və təmiri kimi infrastruktur və nəqliyyatın inkişafı istiqamətində həyata keçirilən işləri müsbət dəyərləndirmək olar. Misal üçün, Zəngəzur dəhlizinin açılması regionların tranzit potensialını artıracaq və ticarət dövriyyəsini genişləndirəcək. Həmçinin, su, qaz, elektrik və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan bəzi addımları qeyd edə bilərik”.

Onun sözlərinə görə. lakin nəqliyyat bağlantısı yaxşı olan bölgələr ilə daha zəif infrastrukturlu bölgələr arasında iqtisadi fərqlər hələ də qalmaqdadır. Müsahibimiz qeyd edib ki, zəif infrastruktur həm iqtisadi fəaliyyətin məhdudlaşması, həm də sosial xidmətlərə çıxışın zəifləməsi deməkdir:

“O cümlədən, bəzi ucqar kənd və rayonlarda su, qaz və elektrik xətlərinin vəziyyəti hələ də qeyri-kafi səviyyədədir. Təhsil və səhiyyə sisteminə gəlincə, müasir tibbi avadanlıqlar və ixtisaslı kadr çatışmazlığı ilə bağlı problemlər qalır. Ümumilikdə, sosial infrastrukturun qeyri-bərabərliyi bölgələrarası sosial fərqləri gücləndirir”.

İqtisadçı hesab edir ki, daha çox kiçik və orta sahibkarlığın inkişafına fokuslanmalıyıq. Maliyyə resurslarının çatışmazlığı bəzi bölgələrdə biznesin inkişafına mane olur. İnvestisiya cəlbi əsasən mərkəzi və əlverişli bölgələrdə daha aktivdir.

“Yerli sahibkarlar üçün inzibati prosedurlar hələ də mürəkkəb və vaxt aparıcıdır. İqtisadi fəaliyyət əsasən bir neçə sahəyə yönəldiyindən, bəzi bölgələrdə iqtisadi diversifikasiya hələ də zəifdir. İqtisadi imkanların məhdudluğu demoqrafik problemləri, xüsusilə gənclərin şəhərlərə köçünü artırır. Regionlarda fəaliyyət göstərən sahibkarlar üçün vergi endirimləri və inzibati prosedurların sadələşdirilməsi tələb olunur. Xüsusi iqtisadi zonalar və sərbəst ticarət sahələri yaradılmalıdır. Yaxşı olardı ki, kiçik və orta sahibkarlıq üçün dövlət və özəl maliyyə resursları artırılsın”.

Həmsöhbətimiz daha bir vacib məqama da toxunub. Dediyinə görə, Azərbaycanda elektron xidmətlərin inkişafı istiqamətində atılan bəzi addımlara baxmayaraq, hələ də bir çox rəsmi işlər üçün vətəndaşlar dövlət qurumlarına getməyə məcbur qalırlar.

“Dövlət xidmətlərinin əksəriyyəti hələ də elektron formata keçməyib. Elektron formata keçənlərdə də yalnız qeydiyyat işlərini aparmaq mümkün olur, sonrakı mərhələdə yenə də dövlət qurumunu fiziki ziyarət etmək tələb olunur. Bütün işlər yalnız kağız üzərində icra olunur, fiziki təsdiq və imzalanma tələb edir. Bu səbəbdən inzibati işlərin internet üzərindən həyata keçirilməsi üçün “rəqəmsal transformasiya strategiyası” çərçivəsində atılacaq addımlar planlaşdırılmalıdır. Öncəliklə, elektron sənəd dövriyyəsi, rəqəmsal imza, məlumatların qorunması üzrə qanunlar gücləndirilməlidir. Xidmətlər elektron formata uyğun olaraq sadələşdirilməli və normativ aktlar yenilənməlidir. Hər şeydən əvvəl bütün bölgələrin yüksək sürətli internet və mobil rabitəyə çıxışı təmin edilməli və qiymətlər vətəndaşların büdcəsinə uyğunlaşdırılmalıdır”, - deyə müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, ucqar və kənd yerlərində internet və mobil rabitənin keyfiyyəti və sürəti elektron xidmətlərdən istifadə üçün kifayət etmir. Doğum və ölüm qeydiyyatı, pasport, torpaq və daşınmaz əmlak əməliyyatları, vergi və sosial xidmətlər, notariat xidmətləri daxil,  bütün rəsmi işlər rəqəmsallaşdırılmalıdır:

“Elektron ərizələr və müraciətlərin onlayn izlənməsi və nəticələndirilməsi, avtomatik cavab, rəqəmsal identifikasıya və ödəniş imkanları yaradılmalıdır. Kağız sənəd tələbləri və fiziki ziyarətlər minimuma endirilməlidir ki, korrupsiya faktları da azalsın”.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see287

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see169

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see146

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri