Icma.az
close
up
RU
Ağıllı olduğumu düşünürdüm, amma psixiatriya xəstəxanasına düşdüm

Ağıllı olduğumu düşünürdüm, amma psixiatriya xəstəxanasına düşdüm

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur seriala qoşularaq karyerasında ciddi sıçrayış edən gənc ulduzun həyatı başqa bir çəkiliş meydançasında tanış olduğu insan səbəbilə kabusa çevrilib. Parlaq karyerasını geridə qoyaraq Hollivuddan erkən uzaqlaşan aktrisa yaşadıqlarını və bu vəziyyətə necə düşdüyünü müsahibəsində açıq şəkildə izah edib.
Demokrat.az
xəbər verir ki, hadisənin qəhrəmanı “Taxt Oyunları” (“Game of Thrones”) serialı ilə tanınan Hanna Murreydir. Hazırda 36 yaşında olan Murrey 22 yaşında ikən məşhur serialın heyətinə qoşulub. 2011–2019-cu illər arasında Gilli obrazını canlandırıb.
Serialdan əvvəl və sonra “Chatroom”, “Charlie Says”, “Skins” kimi layihələrdə də rol alıb. Bütün təcrübəsinə baxmayaraq, bir sıra mənfi hadisələr nəticəsində o, aktyorluğu erkən tərk edib. Hətta psixoloji vəziyyəti pisləşib və bir müddət psixiatriya şöbəsində müalicə alıb.
Hanna Myurrey bu dövrü “The Guardian” qəzetinə verdiyi müsahibədə də danışıb. O, həmçinin yaşadıqlarını “The Make Believe: A Memoir of Magic and Madness” adlı xatirə kitabında da qeyd edib.
Murrey 2017-ci ildə sağlam həyat tərzi ilə bağlı bir “qrup”a qoşulduqdan sonra psixoloji vəziyyətinin pisləşdiyini bildirib.
"İnsan "bu mənim başıma gəlməz" düşünməyə meyllidir. Amma belə düşünərək özümüzə haqsızlıq edirik. Mən bunun mənə olmayacağını, güvəndə olduğumu düşünürdüm. Yaxşı təhsilli idim, orta sinif ailədən idim. Hər şey qaydasında idi... Amma elə olmadı", deyə o bildirib.
Murrey əvvəlcə özünü düzgün qərarlar verə bilən biri hesab etdiyini deyib: "Ağıllı olduğuma inanırdım. Amma çox səhv seçimlər etdim".
Onun sözlərinə görə, “qaranlıq proses” “Detroit” filminin çəkiliş meydançasında tanış olduğu və özünü “enerji şəfaçısı” kimi təqdim edən bir şəxslə başlayıb. Daha sonra həmin şəxsin vasitəsilə “sağlam həyat” yönümlü bir qrupa qoşulub.
O, ilk görüşdə qəribə hiss etdiyini də gizlətməyib: “Heç bir fiziki təmas olmasa da, atmosfer erotikləşdirilmiş idi".
Murrey həmin qrupun strukturunu da təsvir edib və bunun manipulyativ ola biləcəyini düşündüyünü bildirib. O, bu təcrübə nəticəsində minlərlə dollar itirdiyini və psixoloji vəziyyətinin pisləşdiyini də etiraf edib.
Psixoz epizodu keçirərək psixiatriya klinikasına yerləşdirilən aktrisaya daha sonra bipolyar pozuntu diaqnozu qoyulub. Bu hadisələrdən sonra o, “sağlam həyat” və “özünüinkişaf” yönümlü bir çox praktikadan uzaqlaşdığını deyib.
“Bəzi şeylər zahirən zərərsiz görünsə də, əslində insanı narahat edə bilər. Artıq meditasiya və yoqa etmirəm”, deyə o bildirib.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri