Icma.az
close
up
RU
Ağır məktəbli çantaları şagirdləri şikəst edə bilər Bunun qarşısını necə almaq olar?

Ağır məktəbli çantaları şagirdləri şikəst edə bilər Bunun qarşısını necə almaq olar?

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrdə məktəblilərin üzləşdiyi ən ciddi problemlərdən biri ağır çantaların gündəlik daşınmasıdır. Yaşından və fiziki hazırlığından asılı olmayaraq, çiyinlərə və onurğa sütununa düşən həddindən artıq yük uşağın fiziki inkişafına və gələcəkdə həyati rahatlığına birbaşa təsir edir.

Müalicəvi fiziki tərbiyə mütəxəssisi Elsevər Məstanov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ yalnız valideynlərin deyil, həm də həkimlərin, reabilitoloqların, müəllimlərin və məktəb rəhbərliyinin diqqətində olmalıdır.

Mütəxəssis deyir ki, ağır çantaların fəsadları təkcə o an deyil, uzunmüddətli və bəzən geri dönüşü çətin olan nəticələr yarada bilər.

Ağır çanta daşımağın onurğaya zərərləri

"Araşdırmalar göstərir ki, çəkisi normadan artıq olan çanta uşağın onurğa sütununun fizioloji formalarını dəyişdirməyə başlayır. Bu dəyişikliklər aşağıdakı problemlərlə nəticələnə bilər:

Skolioz (Onurğanın yana əyilməsi)

Uzun müddət ağır çanta daşımaq uşağın çiyinlərinin birini daha yuxarı qaldırmasına səbəb olur. Bu vəziyyət zamanla onurğada asimmetriyaya və skolioza gətirib çıxarır.

Kifoz (Qamburluq)

Ağır çantanın çəkisi bədənin önə çox əyilməsinə səbəb olur. Nəticədə döş nahiyəsində qamburlaşma yarana bilər.

Lordoz pozuntusu (Bel çuxurunun artması)

Daimi ağır yüklə bədən bu yükü kompensasiya etməyə çalışdıqda beldə anormal çuxur əmələ gəlir.

Boyun və kürək ağrıları

Ağrıların çoxu əzələlərin qeyri-bərabər yüklənməsindən qaynaqlanır. Uşaq hələ inkişaf mərhələsində olduğu üçün bu ağrılar sonradan xroniki xarakter ala bilər.

Yeriş və duruş pozuntuları

Ağır çanta daşıyan uşaq bədəndə balans saxlamaq üçün öyrənilməyən duruş və yeriş forması yaradır", - deyə ekspert bildirib.

Ağır çantanın Fəsadlarının Qarşısını Necə Almaq Olar?

Elsevər Məstanov deyir ki, bu gün həm valideynlər, həm də məktəb rəhbərlikləri müəyyən sadə tədbirlər sayəsində onurğa xəstəliklərinin qarşısını effektiv şəkildə ala bilərlər.

"Mütəxəssislər məktəbli çantasının uşağın bədən çəkisinin 10–12%-ini ötməməsini tövsiyə edirlər. Çanta mütləq iki çiyinə taxılmalıdır.

Bir çiyində daşımaq bədənin bir tərəfinə artıq yük salır və deformasiya riski artır. Ortopedik və yüngül çantalara üstünlük verilməlidir.

Sərt arxalı, bel dəstəkli, yastıqlı çiyin qayışlı çantalar daha təhlükəsizdir. Dərsliklərin yüngülləşdirilməsi və elektron variantlardan istifadə edilməlidir.

Valideynlər və müəllimlər birlikdə artıq kitabların çantada daşınmasının qarşısını almağa kömək etməlidir. Uşağın ayaqları yerə tam dayanmalı, belinə dayaq olmalı, masa göz səviyyəsində olmalıdır".

Fiziki tərbiyə müəllimi deyir ki, bundan əlavə uşaqlar boş vaxtlarında gündəlik onurğa və duruş məşqləri etməlidirlər:

Müalicəvi fiziki tərbiyənin sadə hərəkətləri fəqərə sütununu gücləndirir, əzələlərdə balans yaradır və duruşu bərpa edir:

"Bundan başqa, uşaqlar ara-sıra həkim müayinəsindən keçməlidirlər. Dəyişikliyi erkən aşkar etmək gələcək problemlərin qarşısını tamamilə ala bilər. Valideyn, müəllim və mütəxəssis birgə çalışdıqda uşaqların gələcəkdə fiziki və psixoloji sağlamlığı təmin edilmiş olur".

Dünya təcrübəsində bu problem necə həll olunur?

Qeyd edək ki, bir çox ölkələr artıq çanta çəkisinə normativlər və alternativ həll mexanizmləri tətbiq edib.

İsveç və Finlandiya

Bu ölkələrdə məktəblərdə şəxsi dolab sistemi (locker) geniş yayılıb. Şagirdlər dərslikləri hər gün daşımaq əvəzinə məktəbdə saxlayırlar. Ev tapşırıqları isə rəqəmsal platformalar üzərindən yerinə yetirilir.

Sinqapur

Burada Təhsil Nazirliyi "ağıllı çanta proqramı" tətbiq edir. Dərsliklərin çoxu planşetlərdə və elektron formatda təqdim olunur. Eyni zamanda məktəblərdə çanta çəkisini mütəmadi yoxlamaq təcrübəsi var. Şagirdin çantası bədən çəkisinin 10%-ni keçməməlidir.

Kanada

Kanadada ortopedlər və məktəblər birlikdə ergonomik təlimlər keçirir. Uşaqlara və valideynlərə çantanın düzgün seçilməsi və geyinilməsi öyrədilir. İki çiyin kəməri eyni anda istifadə olunmalıdır. Çanta bel səviyyəsindən aşağı sallanmamalıdır. Ən ağır əşyalar çantanın arxa hissəsinə, bədənə yaxın yerləşdirilməlidir.

Yaponiya

Yaponiyada məktəblilərin istifadə etdiyi ənənəvi "randoseru" adlı çantalar xüsusi olaraq bel sütununa bərabər yük paylamaq üçün hazırlanır. Bu çantalar həm yüngül materialdan düzəldilir, həm də bel formasına uyğunlaşdırılır.

Uşaqların səhər məktəbə gəlməsi və dərsdən sonra evə qayıtması zamanı kütləvi nəqliyyat vasitələri çantalar üçün xüsusi dayaqlarla təchiz edilir.

Almaniya

Almaniyada bir çox məktəblərdə "iki nüsxə dərslik" sistemi var: biri evdə qalır, digəri məktəbdə. Bundan əlavə, valideyn komitələri və müəllimlər mütəmadi olaraq "çanta çəkisi həftəsi" keçirir, uşaqların daşıdığı çəki ölçülür və nəticələr qiymətləndirilir.

Azərbaycanda nələr edilə bilər?

Elektron dərsliklərin tətbiqi genişləndirilməlidir. Məktəblərdə şkaf (locker) sistemi tətbiq edilməlidir.

Şagirdlər kitablarını məktəbdə saxlaya bilsə, daşıdıqları yük əhəmiyyətli dərəcədə azalacaq.

Çanta çəkisi nəzarətdə saxlanmalıdır.

Hər tədris ili başlanğıcında məktəbdə ortoped və ya tibb bacısı tərəfindən uşaqların çanta çəkisi ölçülə bilər.

Ziya SƏCCAD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri