Ağız boşluğunun sağlam qalması üçün düzgün qidalanma VACİBDİR
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Güclü immunitet diş ətinin sağlamlığını qoruyur.
Redaktor.az xəbər verir ki, diş həkimi Aleksey Soşnikov gazeta.ru-ya açıqlamasında ağız sağlamlığının qorunmasında immun sisteminin roluna diqqət çəkib.
O, bildirib ki, güclü immunitet qanda immunoqlobulin səviyyəsini artırır və bu da diş ətində iltihabı azaltmağa kömək edir.
Həkimin sözlərinə görə, həmçinin orqanizmdə xoş emosiyalar zamanı ifraz olunan oksitosin və endorfin kimi hormonlar damar sisteminə müsbət təsir göstərir. Nəticədə qan dövranı yaxşılaşır və diş ətinin sağlamlığı dəstəklənir.
Soşnikov əlavə edib ki, ağız boşluğunun sağlam qalması üçün düzgün qidalanma, müntəzəm gigiyena qaydalarına əməl etmək və zərərli vərdişlərdən uzaq durmaq vacibdir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















