Icma.az
close
up
RU
Ağız səslərinə qarşı qıcıq Misophonia

Ağız səslərinə qarşı qıcıq Misophonia

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Misophonia (misofoniya)- yemək yemə, hər hansı digər qidalar qəbul edilərkən çıxarılan səslərə qarşı aqressivləşmə, uşaq ağlama səslərinə qarşı tab gətirə bilməmə, bir başqasının hündürdən alıb-verdiyi nəfəs səslərindən əsəbləşmə əlamətlərinə verilən addır. Bu əlamətlərin xəstəlik olub olmadığı ətrafında hələ ki, tam fikir birliyi olmasa da, bəhs olunan əlamətlərin ciddi psixoloji problem olduğu şübhəsizdir. Nəbz artımından, sürətli ürək döyüntülərinə və hətta qarşısındakına fiziki təsir edəcək qədər yüksək həddə yüksələ bilən bu əlamətlərin daşıyıcısı olan insanlar, eyni zamanda, sosial mühitdən bacardıqca uzaq durmağa çalışırlar.

“İlk dəfə 2000-ci illərin başlarında elmi şəkildə araşdırılan məsələ 2001-ci ildən etibarən misophonia olaraq adlandırılmışdır. Daha sonralar Newcastle Universitetinin tədqiqatçıları bəhsolunan mövzu ətrafında daha dərin araşdırma edərək yeni nəticələr əldə etmişlər. Belə ki, araşdırmada misophoniyadan əziyyət çəkən insanların beyinlərində fərqliliyin olduğu üzə çıxmışdır. Daha doğrusu, dəyişikliklər həmin səslərin eşidilməyə başlandığı andan aktivləşməyə başlar. Bu baxımdan səslər qarşılıq verməyən (yağış səsi, su qaynaması), xoşagəlməz səslər (uşaq ağlaması, qışqırıq, dəzgah səsi) və insanların çıxardığı (yemək yemə zamanı çıxan) olaraq təsnif edilmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, mizofoniya, çox vaxt yeniyetməlik dövründə başlayır və zamanla daha da pisləşə bilir: “Bu problem insanların sosial həyatına və gündəlik fəaliyyətlərinə mənfi təsir edə bilər. Məsələn, sosial əlaqələrdən qaçmaq, işdə konsantrasiya çətinliyi və ailə içində gərginliklərə səbəb ola bilər. Bəzi hallarda, fiziki reaksiya olaraq ürək döyüntüləri, tərləmə və ya nəfəs almaqda çətinliklər yaşanır. Bu vəziyyətin müalicəsi üçün müxtəlif üsullar mövcuddur. Koqnitiv davranış və səs terapiyası, eyni zamanda stersi idarəetmə kimi yanaşmalar, mizofoniyanın təsirlərini azalda bilər. Erkən müdaxilə və peşəkar psixoloji dəstək, bu vəziyyətin idarə olunmasında çox önəmlidir. Mizofoniya yaşayan insanlar üçün ailə cəmiyyətin dəstəyi, ən əsası isə anlayışı vacibdir”, - deyə Y.Əsgərova qeyd edib.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri