Icma.az
close
up
RU
Ağızda yara 2 həftədən çox qalırsa, səbəbi bu ola bilər Açıqlama

Ağızda yara 2 həftədən çox qalırsa, səbəbi bu ola bilər Açıqlama

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağız boşluğunda yaranan yaralar insanların tez-tez qarşılaşdığı problemlərdən biridir. Bəzən bu yaralar sadə afta, diş və ya sərt qidaların yaratdığı mexaniki zədələnmə nəticəsində ortaya çıxsa da, tez-tez təkrarlanan və uzun müddət sağalmayan yaralar orqanizmdə müəyyən problemlərin göstəricisi ola bilər.
Xüsusilə vitamin və mineral çatışmazlığı, immun sistemində yaranan pozuntular, bəzi infeksiyalar və mədə-bağırsaq xəstəlikləri ağız boşluğunda yaraların yaranmasına səbəb ola bilər. Bu səbəbdən yaranın yalnız müvəqqəti olaraq aradan qaldırılması deyil, onun hansı səbəbdən meydana gəldiyinin müəyyənləşdirilməsi də vacibdir.
Digər tərəfdən, ağız yaraları zamanı insanların həkim məsləhəti olmadan müxtəlif dərmanlardan, məlhəmlərdən və qarqara vasitələrindən istifadə etməsi də geniş yayılıb. Uzun müddət sağalmayan və təkrarlanan yaraların isə hansı hallarda ciddi problemdən xəbər verə biləcəyi maraq doğurur.
Bəs ağız boşluğunda tez-tez yaranan yaraların əsas səbəbləri nələrdir? Hansı hallarda bu yaralar sadə afta və ya mexaniki zədələnmə ilə bağlı olur, nə zaman isə daha ciddi sağlamlıq probleminə işarə edə bilər? Ağız yaraları nə qədər müddət ərzində sağalmadıqda həkimə müraciət etmək lazımdır?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən Tibb üzrə fəlsəfə doktoru, stomatoloq, ağız və üz-çənə cərrahı bildirib ki, ağız boşluğunda yaranan yaraların səbəbləri çox müxtəlif ola bilər.
Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblər sadə aftalar və mexaniki travmalardır:
“Məsələn, yanağın və yaxud dilin dişlənməsi, iti diş kənarlarının dili kəsməsi buna səbəb ola bilər. Düzgün oturmayan dişlər, kronlar, məsələn, zirkonium qapaqlar, metalkeramika qapaqlar, breketlər və digər ortodontik cihazlar da dili kəsə və selikli qişanı qıcıqlandıra bilər. Nəticədə ağız boşluğunda yara əmələ gələ bilər.
Bundan əlavə, ağız boşluğunda səpkilik şəklində yaranan yaralara stress, yuxusuzluq, bəzi qidalar və hormonal status da səbəb ola bilər. Bunlar aftların yaranmasına gətirib çıxara bilər. Sadə aftalar adətən dairəvi və ya oval formada olur, ortası ağ və ya sarımtıl rəngdə görünür. Bu xüsusiyyətlər digər səbəblərdən yaranan ağız yaralarından diferensial
diaqnostika zamanı fərqləndirməyə kömək edir.
Bu yaralar əksər hallarda 7–14 gün ərzində sağalır.
Eyni zamanda travmalar, yəni dişin iti kənarı və yaxud breketin iti tərəfi nəticəsində yaranırsa, həmin səbəb aradan qaldırıldıqdan sonra yara adətən sağalır.
Ümumiyyətlə, ağızda yaralar tez-tez təkrarlanır və çoxsaylı yaralar əmələ gəlirsə, bu, vitamin və mineral çatışmazlığı nəticəsində yarana bilər. Dəmir, B12 vitamini, fol turşusu və sink çatışmazlığında bu problemlərə tez-tez rast gəlinə bilər.
Amma burada əsas məqam ondan ibarətdir ki, hər aftanı vitamin çatışmazlığı ilə əlaqələndirmək olmaz. Yəni hər afta yaranan kimi vitamin qəbul etmək də düzgün deyil.
Vitamin qəbul edilməsinə baxmayaraq, yaralar yenidən əmələ gəlirsə, artıq ya dermatoloqa, ya da stomatoloqa müraciət edib lazımi laborator müayinələrdən keçmək lazımdır.
Bizə məlumdur ki, bağırsaq və ümumi həzm sistemində yaranan problemlər də ağız boşluğunda və yaxud dodaqda yaralarla müşahidə oluna bilər. Bu da o deməkdir ki, problem artıq sistemik xəstəliklə əlaqəli ola bilər. Belə yaralar əmələ gələrsə, həzm sistemi ilə bağlı müayinələrin aparılması tövsiyə olunur.
Bu yaralar zamanı tez-tez ishal, halsızlıq və çəki itkisi varsa, bu, artıq yalnız stomatoloji problem deyil. Bu, ümumi sağlamlıq vəziyyəti ilə əlaqəli ola bilər. Mütləq yalnız stomatoloqla deyil, digər sahə həkimləri ilə də məsləhətləşmək lazımdır.
İmmun sisteminin pozğunluqları zamanı da ağız boşluğunda və dodaqda təkrarlanan, sağalması uzun müddət çəkən yaralar müşahidə oluna bilər. Məsələn, Behçet xəstəliyi və müxtəlif sistem xəstəlikləri ağız boşluğunda yaranan yaralarla yanaşı gedə bilər. Bəzi virus və göbələk infeksiyaları da ağız boşluğunda, diş ətində və selikli qişada dəyişikliklərə səbəb ola bilər”.
Hüseyn Hüseynzadə əlavə edib ki, aftalar 1–2 həftə ərzində sağalmalıdır. Əgər 2 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır:
“Çünki bəzi insanlarda ağız yaraları uzun müddət davam edir, lakin onlar özbaşına müalicə etməyə çalışırlar. Bu da daha böyük fəsadların yaranmasına səbəb ola bilər. Məsələn, yaranın üzərinə spirt, yod, hidrogen peroksid, aspirin və digər qıcıqlandırıcı maddələr çəkmək düzgün yanaşma deyil. Bu, yaranın daha da dərinləşməsinə və daha ciddi problemlərin yaranmasına səbəb ola bilər.
Bəs yara varsa, nə etmək lazımdır? Əgər yara travma nəticəsində yaranıbsa, az əvvəl qeyd etdiyim kimi, ilk növbədə travma mənbəyini aradan qaldırmaq lazımdır. Həmin nahiyəni qorumaq üçün xüsusi ortodontik mumlardan istifadə etmək olar.
Çox isti, duzlu və qıcıqlandırıcı qidalardan, həmçinin qazlı və enerji içkilərindən istifadə etmək olmaz.
Ağız boşluğunda yaranan hər bir yara ciddi xəstəlik demək deyil. Amma vaxtında düzgün müayinə və müalicə aparılmasa, ağırlaşmalara səbəb ola bilər. Ağızda, selikli qişada və ya dildə uzun müddət sağalmayan yaralar bəzi hallarda daha ciddi xəstəliklərin, hətta bədxassəli şişlərin əlaməti ola bilər.
Ona görə də ağız boşluğunda yaranan yaralar 2 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır”, deyə həkim fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri