Icma.az
close
up
RU
Ağladıqdan sonra göz şişkinliyi necə keçər?

Ağladıqdan sonra göz şişkinliyi necə keçər?

News24 saytına istinadən Icma.az xəbər verir.

Ağladıqdan sonra gözlərin şişməsinin qarşısını almağın ilk yolu, əslində hələ ağlayarkən atılan addımlardır. Yüzünüzü sıxmaq və nəfəsi saxlamaq əvəzinə, göz yaşlarının sərbəst axmasına icazə vermək daha doğrudur. Dərin və nizamlı nəfəs alaraq ağlamaq, sonradan daha az şişlik və qızartı ilə nəticələnə bilər və eyni zamanda sizi daha rahat hiss etdirər.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Ağlama sonrası yaranan qızartı və şişkinliyi azaltmaq üçün üzü soyuq su ilə yumaq tövsiyə olunur. Əgər makiyajınız pozulubsa, salfetlə yüngül şəkildə düzəldin. Burnunuzu isə yumşaq salfetlə silin. Qatı və kobud kağız dəsmallar dərini daha da qızarda bilər, bu səbəblə onlardan çəkinin.

Lakin kağız dəsmalın başqa faydalı bir istifadə forması var: onu çox soyuq su ilə isladıb göz ətrafına yerləşdirə bilərsiniz. Evdə olarkən isə dondurucuda 10-15 dəqiqə saxlanılmış qaşıqlardan istifadə etmək də effektivdir. Qaşıqları göz yaşı kanallarının üstünə qoyub, kənarlara doğru yüngülcə basdırmaqla tətbiq edin.

Göz şişkinliyini azaltmaq üçün sakitləşdirici göz damcılarından da istifadə edilə bilər. Bu damcılar həm şişkinliyi, həm də qızartını azalda bilər. Hər gözə 1-2 damla kifayətdir.

Əgər hələ də qızartı qalırsa, sarı və ya yaşıl əsaslı korektorla gözaltı və burun ətrafına tətbiq edib, üstündən yüngül pudra ilə makiyajı tamamlaya bilərsiniz. Daha sonra dərin nəfəs alıb özünüzü güzgüdə yoxlayın.

Əgər göz yaşlarınızın yenidən gələcəyini hiss edirsinizsə, yanınızda salfet gəzdirmək faydalı olar. Yumşaq şəkildə silmək, izlərin qarşısını alar. Əlavə olaraq vaxtınız varsa, gözlərinizin üstünə xiyar dilimi və ya soyudulmuş yaşıl çay paketləri də qoya bilərsiniz. Hər ikisində şişkinliyi azaldan təbii maddələr var.

Ağlama sonrası yatacaqsınızsa, başınızın altına əlavə yastıq qoymaq tövsiyə olunur. Bu, göz ətrafında maye toplanmasının qarşısını alar və şişkinliyi azaldar. Uyuyarkən göz qırpılmadığı üçün, maye axını zəifləyir və bu da şişkinliyə səbəb ola bilər.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri