Ağlayan azyaşlı azarkeşin görüntüləri viral oldu Foto
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya çempionatının yarımfinalında İspaniyanın Fransaya qarşı üstünlüyü ələ keçirməsindən sonra tribunada göz yaşlarını saxlaya bilməyən balaca azarkeşin görüntüləri sosial şəbəkələrdə müzakirələrə yol açıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın yayımı zamanı operatorlar ağlayan Fransa azarkeşi olan uşağı kameraya alaraq görüntüləri milyonlarla tamaşaçıya təqdim ediblər.
Lakin bu kadrlar azarkeşlərin bir hissəsinin narazılığına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri yayım qrupunu azyaşlı azarkeşin emosional anını bütün dünyaya göstərdiyinə görə tənqid ediblər.
“İspaniya Fransaya qol vurduqdan sonra o balaca uşağın ağladığını göstərən operator dəlidir”, – deyə istifadəçilərdən biri yazıb.
“Stadionda ağlayan o fransız uşağın göstərilməsi, bəlkə də, onun həyatının ən ağır anlarından biri idi”, - başqa bir azarkeş narazılığını ifadə edib.
Digər paylaşımlarda isə “Yazıq uşaq” kimi şərhlər yer alıb.

Baxış sayı:176
Bu xəbər 15 İyul 2026 02:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















