Ağstafada partiya veteranları ilə görüş keçirilib FOTOLAR
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
15 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, partiya veteranları səmərəli işləri ilə hər zaman seçiliblər. Onlar zəngin təcrübələri ilə çoxsaylı nailiyyətlər əldə ediblər. Eyni zamanda, veteranların fəaliyyəti gənc nəsil üçün nümunə olaraq göstərilir.
Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Veteran partiyaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 Aprel 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















