Icma.az
close
up
RU
Ağstafada Zəfər Gününə həsr olunmuş görüş keçirilidi FOTOLAR

Ağstafada Zəfər Gününə həsr olunmuş görüş keçirilidi FOTOLAR

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə dair Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən görüşdə RİH başçısı Seymur Orucov, məsul şəxslər, Vətən müharibəsi qaziləri və rayonun fəal gəncləri iştrak ediblər.

Globalinfo.az bildirir ki, əvvəlcə müasir müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş nitqi ilə açan RİH başçısı bildirib ki, 8 Noyabr – Zəfər Günü Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt, firəvan gələcəyinə hesablanmış müdrik və uzaqgörən siyasətinin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və azadlığı uğrunda Şanlı Ordumuzun sıralarında, o cümlədən ağstafalı gənclər də böyük rəşadət göstərmişlər. Qazilərimiz və müharibə veteranlarının iştirakı ilə təşkil olunan istənilən görüşlər, tədbirlər tək gənclərimiz üçün deyil, hər kəs üçün əsil qəhrəmanlıq nümunəsi, Vətənə, xalqa, müqəddəs bayrağımıza bəslənilən sonsuz məhəbbətin təcəssümüdür.

Görüşdə çıxış edən Vətən müharibəsi qazisi Fərid Əsgərov ölkəmizin azadlığı uğrunda keçdiyi şərəfli döyüş yolundan xatirələrini bölüşüb, şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına dövlətimizin göstərdiyi yüksək qayğıdan söz açıb. Digər natiqlər,  Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, rayonun fəal gəncləri – Turxan Əliyev, Tükəzban Vəliyeva və digərləri  mövzu ətrafında çıxış edərək, görüşdə iştirak edən qazilərimizin timsalında hər bir müharibə iştirakçısına ağstafalı gənclər adından dərin ehtiram və minnətdarlıqlarını ifadə  ediblər.

Tədbirin sonunda qazilərlə xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri