“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rok musiqisinin ən nüfuzlu tədbirlərindən biri bu gün Los-Ancelesdə keçiriləcək.
Kulis.az xəbər verir ki, “Rock & Roll Hall of Fame”in 2026-cı il qəbul mərasimində Billi Aydol, Fil Kollinz, “Oasis”, “Iron Maiden”, “Sade”, “Wu-Tang Clan”, “Queen Latifah” və başqa məşhur ifaçılar musiqi tarixindəki yerlərini rəsmən möhkəmləndirəcəklər.
Ancaq tədbirdə bütün ulduzları görmək mümkün olmayacaq. “Oasis” üzvləri mərasimə qatılmayacaqlar: Noel Qallaqer Britaniyada konsert verəcək, Liam Qallaqer isə mükafatlandırma mərasimlərini sevmədiyini bildirib. “Iron Maiden” Avstraliyada qastrol səfərində olacaq, “Sade” də tədbirdə iştirak etməyəcək. Fil Kollinz isə səhhəti ilə əlaqədar mahnılarını canlı ifa edə bilməyəcəyini açıqlayıb.
Bu ilki mərasimin digər əlamətdar tərəfi də var. Fela Kuti “Rock & Roll Hall of Fame”ə qəbul edilən Afrika əsilli ilk musiqiçi olacaq. Selia Kruz isə əsasən ispandilli ifaçılıqla tanınan ilk sənətçi kimi tarixə düşəcək. Mərasimin canlı yayımı nəzərdə tutulmayıb; qısaldılmış televiziya versiyası dekabrın 9-da “ABC” və “Disney+”da yayımlanacaq.
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı? Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















