Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağsu rayonunda ağır yol qəzası baş verib.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, "BYD" markalı minik avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasımov Səid Asif oğlu hadisə yerində həyatını itiriblər.
Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 26 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















