Ağsuda “Mercedes” beton səddə çırpıldı, sürücünün həyat yoldaşı öldü
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib. Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı həyatını itirib.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisənin baş verməsinə səbəb sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.
“Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasız yanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır, sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağı, təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən daha diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir”, - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 08 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















