Icma.az
close
up
RU
Əgər Xamenei hakimiyyəti könüllü şəkildə təhvil verərsə...

Əgər Xamenei hakimiyyəti könüllü şəkildə təhvil verərsə...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Hazırda İranda gedən mitinqlər və iğtişaşlar fonunda İranın ali dini lideri Xameneinin ölkəni tərk etməsi ilə bağlı və hansı ölkəyə sığına biləcəyi sualı aktuallaşır.

Politoloq Vüqar Dadaşov xalqcebhesi.az-a deyib:

"İlk versiyalardan biri, təbii ki, Rusiya göstərilir. Ancaq dini uyğunsuzluq baxımından Xameneinin Rusiyaya getməsi və sığınması real görünmür. Baxmayaraq ki, bir neçə gün əvvəl İrandan Rusiyaya yük təyyarələri vasitəsilə İran qızılının və dövlət ehtiyatlarının daşınması ilə bağlı xəbərlər yayılmışdı, bu məlumat isə hələlik öz tutarlı təsdiqini tapmayıb. Ümumiyyətlə, İran artıq Rusiyanı özünə etibarlı müttəfiq hesab etmir. Hərçənd ki, Rusiyaya silah tədarükü və Ukrayna müharibəsində İranın iştirakı fonunda belə bir görüntü formalaşıb.

Bir müddət əvvəl isə İran prezidenti Pezeşkianın çıxışında İran–İsrail qarşıdurması zamanı müttəfiqlərdən heç bir yardım alınmadığını açıq şəkildə ifadə etməsi ilə Rusiya ilə münasibətlərin real mahiyyətini ortaya çıxarıb. Bu baxımdan Xameneinin Rusiyaya sığınma ehtimalını son dərəcə zəif hesab edirəm".

O, qeyd edib ki, həmçinin Rusiya prezidenti Vladimir Putin hakimiyyətinə etimad son dərəcə zəifləyib və onu hakimiyyətdə qalması ciddi sual altındadır. Qeyri-müəyyənlik şəraitində Xameneinin Rusiyaya sığınmağı mümkün deyil. Hətta demək olar ki, onun Fransaya və ya ümumiyyətlə Avropa ölkələrindən birinə sığınma ehtimalı Rusiyadan daha yüksəkdir:

"Digər ehtimal variantı Xameneinin Çinə sığınmasıdır. Ancaq Çin bu tip qlobal və ideoloji xarakterli siyasi ssenarilərdə birbaşa iştirak edən dövlət deyil. Üstəlik, dini və sosial uyğunsuzluq nəzərə alındıqda, Xameneinin Çinə sığınması da real görünmür.

Ən optimal variant kimi isə İranın ali dini liderinin Körfəz və region ölkələrindən birinə sığınması ehtimalı daha inandırıcıdır. Əgər Xamenei hakimiyyəti könüllü şəkildə təhvil verərsə, düşünürəm ki, bu proses ərəb ölkələrinin, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilə və ona həmin ölkə tərəfindən sığınacaq verilə bilər".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Yanvar 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri