Icma.az
close
up
RU
Ah, Azərbaycan futbolu, səndə nə növcavanlar var... giley miley

Ah, Azərbaycan futbolu, səndə nə növcavanlar var... giley miley

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı futbolçunun 5 manatını kəsdinsə, iraq-iraq, elə bil ki, canını aldın. Bu yazılmamış qanun ayda 20 min manat maaş alan üçün də keçərlidi, 2 min manat alan üçün də! Futbolumuzun tarixinə boylanıb çoxlu belə misal çəkə bilərəm. Amma ən yeni nümunənin üzərində dayanacam.

Nurlan Novruzov ad-soyadlı futbolçu var. Azərbaycan standartlarına görə normal oynayıb, 2014/15 mövsümünün bombardiri olub, 4-5 ölkədə legioner həyatı yaşayıb. Əslində indi də yaşı çox deyil, “vikipediya”sı düzdüsə, gələn ilin martında 33 yaşını tamamlayacaq. Deyəsən, çox tez veteran statusu ilə barışıb, hazırda 2-ci liqada mübarizə aparan, maliyyə problemi yaşayan “Şəki”də çıxış edir. Hə, həmin bu Nurlan bəy dekabrın 16-da, yəni “Şəki” “Qaradağ Lökbatan”la oyuna çıxmadığı günün ertəsi qol.az saytına müsahibə verib, “Şəki”yə rəhbərlik edənləri, bu klubun arxasında dayananları yıxıb-sürüyüb, amma mən kiçik sitatla kifayətlənirəm: “Komanda növbəti oyuna da çıxmayacaq. Necə çıxaq? Dörd aydır ki, komanda maaş almır. Bu klubdan elə şeylər danışaram ki... Hansı ki, bir neçə il əvvəl olurdu belə şeylər. Klub rəhbərliyi futbolçularla bir müqavilə bağlayır, PFL-lə başqa”.
Nurlan bir növ xarakiri edib, məntiqlə adam sözünün arxasında durmalı, bir daha nəinki “Şəki”yə, heç Şəkiyə də tərəf baxmamalıydı. Amma nə olub? Dekabrın 22-də keçirilən “Xankəndi” ilə oyundan əvvəl “Şəki” rəhbərliyi hardansa pul tapıb, Nurlan qarışıq bütün futbolçuların ikiaylıq maaşını ödəyib, yəni Novruzova olan 8 min manat borcun 4 minini qapayıb. Təbii ki, futbolçu qardaşımız da yaşıl meydana çıxıb, 90 dəqiqə oynayıb. İndi komandası uduzub-uduzmayıb (1:2 olub), bunun məsələyə bir o qədər dəxli yoxdu. Dediyim odu ki, bu pul zəhrimar nə gücə malikdisə, imkanlı futbolçunun da ağlını aparır, imkansızın da. Ona görə də Vəli Qasımovdan sonra bir azərbaycanlı futbolçu “böyük beşliy”in qapısında da görünməyib. Özbəyi var, belaruslusu var, ermənisi var, gürcüsü var, bizimki isə yoxdu. Çünki pul olmayanda söyür, pul olanda isə tullana-tullana meydana çıxır, bir gün əvvəl lənətlədiyi klub rəhbəri artıq onun gözündə mələyə çevrilir. Hey gidi dünya, hey... Vay gidi dünya, vay...
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri