Ahbap qalmaqalı böyüyür Funda Ararın sözləri gündəm oldu
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq fonunda müğənni Funda Arar diqqət çəkən açıqlamalar verib.
"Yeni Sabah" xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı başladığı istintaq çərçivəsində dərnəyin qurucusu və rəhbəri Haluk Levent həbs edilib.İstintaq davam edərkən məşhurların da mövzu ilə bağlı açıqlamaları gündəm olmağa davam edir. Müğənni Funda Arar Fatih Altaylının proqramında çıxışı zamanı Ahbap Dərnəyinə heç vaxt ianə etmədiyini bildirib.
"Ahbap Dərnəyinə bir qəpik də pul köçürmədim. Yardımlarımı həmişə özüm etdim", – deyə sənətçi bildirib. Dominos pizza
Funda Arar Haluk Leventə əvvəldən etibar etmədiyini də gizlətməyib.
"Onun keçmişi məlum idi. Sənət camiəsində də haqqında danışılanları eşitdiyimiz üçün mənə inandırıcı gəlmirdi. Sonradan gördüyü yardımları görəndə "Bəlkə dəyişib?" deyə düşündüm", – deyə o qeyd edib.
Müğənni əlavə edib ki, minlərlə insanın xüsusilə 6 fevral zəlzələlərindən sonra Ahbap Dərnəyinə ianə etdiyini nəzərə alaraq belə bir hadisənin baş verəcəyinə inanmadığını bildirib.
"İnsan düşünür ki, bu qədər adam pul köçürürsə, belə bir şeyə cəsarət etməzlər. Zəlzələdən sonra bu qədər insan çətin vəziyyətdə olarkən bunun baş verməsi çox üzücüdür", – deyə Funda Arar vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 26 İyul 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















