Ermənistanla Niderland arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla niderlandlı həmkarı Kaspar Veldkamp iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Veldkampla keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.
Mirzoyan bildirib ki, bu sənədin imzalanması iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırır və bu, çoxtərəfli əməkdaşlığa töhfə verəcək.
“Bu gün biz tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Bu, həm simvolik, həm də məcburi xarakter daşıyan yeni mərhələdir, ona görə də hamımızı bu səviyyəyə çatmağınız münasibətilə təbrik edirəm”, - deyə erməni nazir vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 12 Mart 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















