Icma.az
close
up
RU
AHİK üzvləri üçün sanatoriyalara yollayışlar artıq elektron sistem vasitəsilə əldə olunacaq

AHİK üzvləri üçün sanatoriyalara yollayışlar artıq elektron sistem vasitəsilə əldə olunacaq

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yollayışların verilməsi prosesində əlçatanlığın və şəffaflığın təmin edilməsi məqsədilə E-AHİK elektron rezervasiya sistemi istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkil etdiyi tədbirdə qurumun Aparat rəhbərinin müavini Abbas Əliyev məlumat verib.

Onun sözlərinə görə, AHİK üzvləri artıq evdən çıxmadan, canlı təmasa ehtiyac olmadan sanatoriya və istirahət mərkəzlərinə yollayış əldə edə biləcəklər:

"Müraciət prosesi tamamilə elektronlaşdırılıb və yalnız şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək. Ərizəsi təsdiqlənən şəxslər təqdim edilən sənədlə birbaşa müvafiq sanatoriya və istirahət mərkəzinə yaxınlaşa biləcəklər".

"Bu, AHİK tərəfindən təqdim olunan tamamilə yeni layihədir və konfederasiya üzvlərinin istirahət imkanlarından daha rahat və şəffaf şəkildə faydalanmasını təmin edəcək", - deyə o qeyd edib.

"Kurort" Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva bildirib ki, yaşlı və internetdən istifadə edə bilməyən şəxslər də nəzərə alınaraq, qarşıdakı altı ay ərzində mərkəzə telefon vasitəsilə müraciət etmək imkanı yaradılıb.

Onun sözlərinə görə, ilk beş ayın hesabatına əsasən, artıq 13 269 nəfər yollayışla təmin olunub. Ümumilikdə isə mərkəzə bu günə qədər 28 166 müraciət daxil olub.

E.Səfərəliyeva bildirib ki, əgər yollayışın xarakteri müalicəvidirsə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvünün ailə üzvləri - yəni həyat yoldaşı və övladları da bu imkandan yararlana bilərlər. Əgər yollayış kurort-sanatoriya müəssisəsinə istirahət məqsədilə verilirsə, bu zaman ailə üzvləri üçün 15 faiz ödəniş tətbiq olunur.

Tədbirdə bildirilib ki, müraciət edilən zaman yer olmazsa, yeni sistem imkan verir ki, ən yaxın müddətdə hansı zaman üçün yer varsa, həmin tarixə yollayış yazılsın.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri