Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Yeni il süfrəsi açılıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bayram proqramı çərçivəsində bədii hissə də təqdim olunub. Ahıl şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.
Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxsləri Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.
Ziyarət zamanı onlar sosial xidmət müəssisəsində ahıllar üçün yaradılan şəraitlə də tanış olublar.
Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə bayram hədiyyələri paylanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 01 Yanvar 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















