Icma.az
close
up
RU
Ahıl valideyninə görə işləməyənlərə müavinət veriləcək? RƏSMİ AÇIQLAMA

Ahıl valideyninə görə işləməyənlərə müavinət veriləcək? RƏSMİ AÇIQLAMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda yaşlı valideynlərə ev şəraitində qulluq etdiyi üçün əmək fəaliyyətini dayandıran və ya işləyə bilməyən şəxslərə ayrıca sosial müavinətin verilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Bir sıra ölkələrdə belə mexanizmlər tətbiq olunsa da, Azərbaycanda hazırda yalnız I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün Prezident təqaüdü nəzərdə tutulur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, yaşlı və ya əlil valideynə baxmaq məqsədilə işləməyən şəxslərə birbaşa dövlət tərəfindən sosial müavinət verilməsi beynəlxalq təcrübədə daha çox Avropa ölkələrində tətbiq edilir.

Deputatın sözlərinə görə, Böyük Britaniyada yaşlı şəxsə həftədə ən azı 35 saat qulluq edən və işləməyən, yaxud gəliri müəyyən həddi aşmayan şəxslərə "Baxıcı müavinəti" təyin olunur. MDB məkanında isə bu model tam şəkildə əsasən Rusiya və Belarusda tətbiq edilir.

"Belarusda 80 yaşdan yuxarı və ya I qrup əlillərə qulluq edən işləməyən şəxslərə dövlət tərəfindən yaşayış minimumu səviyyəsində aylıq müavinət verilir. Müavinətin məbləği qulluq edilən şəxslərin sayından asılı olaraq dəyişir. Qulluq edilən şəxs həm I qrup əlil, həm də 80 yaşdan yuxarı olduqda, müavinət yaşayış minimumunun 120 faizini təşkil edir. Müavinəti almaq üçün əsas şərtlər həmin vətəndaşın işləməməsi və təqaüd almamasıdır", - deyə o bildirib.

Əli Məsimli qeyd edib ki, bəzi ölkələrdə birbaşa müavinət tətbiq olunmasa da, yaşlılara qulluq edən ailə üzvləri üçün alternativ dəstək mexanizmləri mövcuddur.

"Yaponiyada yaşlılara qulluq edən qohumlar üçün birbaşa müavinət əvəzinə Uzunmüddətli Qayğı Sığortası sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində yaşlılara qulluq üçün kompensasiya, ödənişli qayğı məzuniyyəti, ailələrin xərclərini azaldan sosial xidmət subsidiyaları və məşğulluq sığortası sistemindən ödənişlər həyata keçirilir", - deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində yaşlı, lakin əlilliyi olmayan valideynə qulluq edən şəxslər üçün ayrıca aylıq sosial müavinət və ya təqaüd nəzərdə tutulmayıb.

O hesab edir ki, belə bir mexanizmin tətbiqi ailələrin maliyyə təminatının gücləndirilməsi və yaşlılara qayğının artırılması baxımından əhəmiyyətli olardı. Lakin bunun üçün dövlət büdcəsindən əlavə maliyyə vəsaiti tələb olunur.

"Təbii ki, yaşlı valideynlərə ev şəraitində qulluq edən, bu səbəbdən işləyə bilməyən və ya əmək fəaliyyətini məhdudlaşdıran şəxslər üçün ayrıca sosial müavinət və ya dəstək mexanizminin Azərbaycanda da tətbiq edilməsi vacibdir. Lakin beynəlxalq praktikadan da məlum olduğu kimi, belə sistemin tətbiqi əlavə maliyyə tələb etdiyindən hazırkı reallıqlar şəraitində yaxın vaxtlarda yaşlı valideynə baxmaq məqsədilə işləməyən şəxslərə ayrıca dövlət müavinətinin verilməsi real görünmür", - deyə Əli Məsimli bildirib.

Deputat əlavə edib ki, perspektivdə beynəlxalq təcrübə nəzərə alınaraq yaşlı valideynə qulluq edən şəxslər üçün sosial müavinət, kompensasiya, pensiya və əmək stajının hesablanması, eləcə də sığorta stajına dövlət tərəfindən pensiya balının əlavə olunması kimi mexanizmlərin tətbiqi sosial ədalətin təmin edilməsi baxımından faydalı ola bilər.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri