Icma.az
close
up
RU
Aİ batareya istehsalında Çinlə rəqabət apara bilməz Bloomberg

Aİ batareya istehsalında Çinlə rəqabət apara bilməz Bloomberg

Bloomberg xəbər verir ki, Avropa İttifaqı akkumulyator istehsalında Çinlə rəqabət apara bilməz.

Aİ belə akkumulyatorların yaradılması üçün 16 öz fabrikini açmağı planlaşdırırdı. Lakin bu layihələrdən 11-i təxirə salınıb və ya tamamilə ləğv edilib. Ən böyük akkumulyator startapları da bağlanıb. Üstəlik, regionda bu cür müəssisələrin demək olar ki, 80%-i Asiya şirkətlərinə məxsusdur.

Nəşr qeyd edir ki, Aİ-nin özünün akkumulyator istehsalını qurmaması Avropada avtomobil sənayesinin mövcudluğuna təhlükə yaradır.

Bildirilib ki, tədarük zəncirinin olmaması mövcud fabriklərin bağlanmasına və iş yerlərinin itirilməsinə səbəb olacaq. Çin isə əksinə, istehsal imkanlarını genişləndirməyə davam edir. Hazırda Çin dünya üzrə litium-ion batareyalarının təxminən 80%-ni təmin edir.

Mövsüm

Aznews.az

seeBaxış sayı:38
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri