Icma.az
close
up
RU
Aİ birgə müdafiə fondu yaradır

Aİ birgə müdafiə fondu yaradır

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Trampın Ağ Evə qayıdışı və Ukrayna cəbhəsində proseslərin mənfiyə doğru getməsi, xüsusən də Avropada mövcud təhdidlərin yarandığı bir zamanda Avropa İttifaqının üzv ölkələri öz təhlükəsizliyini təmin etmək barədə düşünməyə başlayıblar. Son yetmiş beş ildə ABŞ-ın çətiri altında sülh və əmin-amanlıq şəraitində yaşayan Avropa ölkələri qorxu və əndişə içərisindədir. Sözsüz ki, bu qorxu onların önümüzdəki dövrlərdə daha böyük təhlükələr qarşısında yalnız qalacaqları düşüncəsindən irəli gəlir. Buna görə də özlərinin təhlükəsizliyini sığortalamaq üçün müəyyən addımlar atmaq niyyətindədirlər. Belə ki, yaxın zamanda Aİ-nin birgə müdafiə fondunun əsası qoyula bilər... 

Müdafiə Fondu hansı şərtlər altında fəaliyyət göstərəcək?

Qeyd edək ki, Aİ-nin üzv ölkələrinin maliyyə nazirləri aprelin 12-də Varşavada Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək üçün yeni hökumətlərarası müdafiə fondunun qurulmasını müzakirə edəcəklər. “Reuters” - in məlumatına görə, “Avropa Müdafiə Mexanizmi” adlanan qurumun yaradılması ilə bağlı ideya “Bruegel” adlı analitik mərkəz tərəfindən irəli sürülüb. Mərkəzin məsələ ilə bağlı sənədinə əsasən, Avropa müdafiə mexanizmi dövlət borcunun səviyyəsini artırmadan külli miqdarda pul cəlb etməlidir. Təşəbbüskarlar qeyd edirlər ki, fonda toplanan vəsait yeni hərbi ləvazimatların və müdafiə texnikalarının alınmasına sərf olunacaq. Eyni zamanda bu fonda Böyük Britaniya, Norveç və Ukraynanın da qoşulması planlaşdırılır. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, Aİ-nin birgə müdafiə fondu ilə bağlı ideya 2024-cü ilin dekabrından bəri gündəmdədir. Keçən ilin sonunda “Financial Times” - ın məlumatında qeyd olunurdu ki, Aİ-nin üzv ölkələri müdafiə layihələrini maliyyələşdirmək üçün Avropa İnvestisiya Fondunun dəstəyi ilə 500 milyard dollar dəyərində müdafiə fondu yaratmağı planlaşdırır.

Xatırladaq ki, bir müddət öncə, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen müdafiə sektoru üçün Aİ ölkələrinin 150 milyard avroyadək borc almasını nəzərdə tutan 800 milyard avroluq silahlanma planını irəli sürüb.

Ekspertlər nə düşünür?

Qərbdə bir çox ekspertlər hesab edirlər ki, fondun əsas diqqəti “strateji imkanlara” - hazırda ABŞ-dan tədarük edilən bahalı hərbi infrastruktur və avadanlıqlara cəlb olunmalıdır - onların fikrincə, fondun vəsaiti daha çox ABŞ-dan birgə komanda və idarəetmə sistemləri, peyk kəşfiyyatı və rabitə vasitələri, beşinci və ya altıncı nəsil qırıcı təyyarələrin, həmçinin müasir müdafiə texnikaların alınmasına sərf olunmalıdır. Ekspertlərin qənaətinə görə, Avropanın silahlanmasında strateji hava hücumundan müdafiə, hava və dəniz logistikası, nüvə silahından çəkindirmə vasitələri üstünlük təşkil etməlidir.

Fondun pərdəarxası məqsədi

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu təşəbbüs Avropa ordusunun yaradılması istiqamətində ilk addım ola bilər: “Ukraynada müharibə başlamazdan əvvəl Fransa tərəfindən vahid Avropa ordusunun yaradılması ilə bağlı ideya irəli sürülmüşdü. Almaniya və Aİ-nin bəzi ölkələri bu ideyanı dəstəkləyirdi. Hətta Merkel hakimiyyəti bununla bağlı Fransa ilə müqavilə də imzalamışdı. Təbii ki, həmin zaman Almaniya və Fransa timsalında Aİ-nin siyasi elitası vahid Avropa ordusu ideyasını gündəmə gətirməkdə əsas məqsədi ilk növbədə NATO-nun təhlükəsizlik çətirini zəiflətmək və Avropanın təhlükəsizlik arxitekturasını formalaşdırmaq, növbəti mərhələdə isə Aİ-ni qlobal güc mərkəzinə çevirmək idi. Üç-dörd il ərzində bu məsələ üzərində geniş fikir mübadilələri aparıldı. Amma Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra Fransa və Almaniyanın bu istiqamətdə atdığı bütün addımlar fiaskoya uğradı. Aİ əvvəlki vəziyyətinə qayıtmağa, yəni Avropa ölkələri yenidən ABŞ-ın çətiri altında bir araya gəlməyə məcbur oldu. ABŞ Avropa üzərində təsir imkanlarını daha da artırdı. Ukraynada müharibənin davam etdiyi bir zamanda bu məsələ tam fərqli formada yenidən gündəmə gəlir”.

ABŞ və NATO-nun buna münasibəti necə olacaq?

“Vaxtilə vahid Avropa ideyası mühüm müzakirə obyektinə çevriləndə ABŞ buna tam şəkildə qarşı çıxırdı. Vaşinqton bu ideyanın həyata keçməməsi üçün Avropa İttifaqına, xüsusilə də Fransa və Almaniyaya ciddi təzyiqlər edirdi. Amma hazırki dövrdə, yəni Trampın birinci hakimiyyəti və Bayden administrasiyası dövrü ilə müqayisədə Aİ-nin bu cür addımları Vaşinqtonu o qədər də narahat etmir. Vaşinqton hələ ki, kəskin reaksiya vermir. Çünki Trampın özü Avropa ölkələrindən öz müdafiə xərclərini artırmağı və təhlükəsizliyinə daha çox diqqət ayırmağı tələb edir. Tramp və onun komandası öz çıxışlarında dəfələrlə açıq şəkildə bəyan ediblər ki, ABŞ Avropanın təhlükəsizliyinə zamin durmaqda daha maraqlı deyil,” - deyə A.Nərimanlı NATO-nun da Aİ-nin bu təşəbbüsünə etiraz etməyəcəyini düşünür. Amma bir halda: “Aİ-nin üzv ölkələri bu fond vasitəsilə ABŞ və digər ölkələrdən yeni hərbi ləvazimatlar alacaqlar, öz hərbi sənayesini inkişaf etdirəcəklər. Bu, NATO-ya, eləcə də Tramp administrasiyasına sərf edir. Əgər bu fond NATO-nun prinsipləri çərçivəsində fəaliyyət göstərəcəksə, NATO-nun nizamnaməsinə uyğun addımlar atacaqsa, belə bir halda heç bir etiraz olmayacaq. Lakin əgər bu fondun vəsaiti vahid ordunun yaradılmasına xərclənəcəksə, NATO daxil olmaqla ABŞ buna qarşı çıxacaq”. 

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri