Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Aİ müdafiə fondu yaradır

Aİ müdafiə fondu yaradır

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vahid ordunun yaradılması istiqamətində addım

Avropa İttifaqı özünü müdafiə etmək üçün fond yaradır - belə ki, Aİ-nin üzv ölkələri Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) kimi tanınan müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş 150 milyard avroluq fond yaratmaq ilə bağlı razılıq əldə ediblər. Bu ilin mart ayında Avropa Komissiyası tərəfindən irəli sürülən bu təklifə əsasən, borclar və kreditlər hesabına xüsusi fondun əsası qoyulacaq - nəticə etibarı ilə bu fondun vəsaiti Aİ ölkələrinin təhlükəsizliyini təmin etmək, Ukraynanın və Aİ ilə qonşu olan bəzi ölkələrin müdafiə potensialını artırmaq və Avropanın hərbi sənayesini gücləndirmək üçün layihələrin həyata keçirilməsinə sərf olunacaq. Avropanın müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdə hava hücumundan müdafiə və artilleriya sistemləri, raketlər və sursatlar, pilotsuz təyyarələrin istehsalına, o cümlədən kosmos, kiber, süni intellekt və elektron müharibə sahələrində potensialın təkmilləşməsinə daha çox diqqət ayrılacaq.

Avropa sürətlə hərbiləşir

Bəzi beynəlxalq ekspertlər hesab edirlər ki, belə bir fondun yaradılması vahid Avropa ordusunun formallaşdırılması istiqamətində mühüm addımdır. Onların fikrincə, Aİ liderləri bu məsələdə qətiyyətli mövqe nümayiş etdirmək niyyətindədirlər. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, son zamanlar Avropada intensiv hərbiləşdirilmə siyasəti aparılır: “Artıq Avropa İttifaqının strateji müstəqilliyi və hərbiləşdirilməsi ilə bağlı məsələlər Brüsselin ən önəmli gündəm mövzusuna çevrilib. Mart ayında Avropa Komissiyası tərəfindən 800 milyard avro dəyərində Avropanın yenidən silahlandırılması proqramı irəli sürüldü. Bu proqram çərçivəsində Aİ-nin hər bir üzv ölkəsi gələcək illərdə hərbi sahəyə daha çox vəsait xərcləmək, eləcə də  hərbi sahədə islahatlar həyata keçirmək və hərbi sənayeni gücləndirmək üçün öhdəliklər götürüblər. Sözsüz ki, bütün bunların hamısı iki səbəblə əlaqəlidir. Birinci səbəb Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Bu müharibə fonunda Aİ Rusiyanı özünə təhdid kimi görür  və hesab edir ki, Ukraynadan sonra Rusiyanın hədəfində Avropa olacaq. Bu təfəkkür Aİ ölkələrini Rusiyaya qarşı bir çətir altında birləşməyə vadar edib. Digər səbəbə gəlincə, Tramp administrasiyası dövründə ABŞ böyük ehtimalla, Avropanın təhlükəsizliyinə əvvəlki münasibəti sərgiləməyəcək - Ağ Evin rəhbəri çıxışlarında dəfələrlə bəyan edib ki, Vaşinqton əvvəlki kimi Avropanın təhlükəsizliyinin təminatına milyardlarca dollar dəyərində vəsait xərcləməkdə maraqlı olmayacaq. Trampın bu davranışı Aİ liderlərini təhlükəsizlik məsələlərində ciddi olmağa sövq edib”. S.Zahidov əlavə edib ki, 90-cı illərdə də Avropada hərbiləşmək və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub: “1992 - ci ildə Maastrixt sazişinin imzalanması ilə Avropa İttifaqının əsası qoyuldu. Bu sazişdə əks olunan əsas meyarlardan biri müdafiə və təhlükəsizlik məsələsi idi. Elə 90-cı illərin əvvəlində Aİ özünün müdafiəsi və təhlükəsizliyini təmin  etmək üçün addımlar atmağa başladı. NATO isə buna etiraz etmirdi, əksinə dəstəkləyirdi. Çünki Aİ-nin o zamanki təhlükəsizlik siyasəti NATO-nun funksiyalarının tamamlayıcı rolunu oynayırdı. Həmin zaman Aİ özünün sülhməramlı qüvvələrini yaratmışdı. Həmin qüvvələr Balkanlarda sabitliyin və təhlükəsizliyin təmin edilməsində NATO və BMT-yə yardım edirdilər”.

NATO etiraz etməyəcək?

“Hesab etmirəm ki, Aİ-nin vahid Avropa ordusunun yaradılması istiqamətindəki təşəbbüsləri Aİ-NATO münasibətlərində ciddi problemlər yaradacaq. Əksinə, Avropanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə yönələn xüsusi fondun yaradılması NATO tərəfindən müsbət qarşılanacaq. Ona görə ki, Aİ və NATO Rusiyaya münasibətdə eyni mövqedən çıxış edirlər. Eyni zamanda NATO-ya üzv olan əksər ölkələr Avropa ölkələridir. Bu, Aİ ilə NATO arasında mövqelərin uzlaşmasında mühüm rol oynayır. NATO Aİ-nin bu təşəbbüsünü dəstəkləyəcək,” - deyə S.Zahidov vurğulayıb.

Nə ABŞ, nə də NATO Aİ-yə yardım əli uzadacaq

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, özünü geosiyasi güc mərkəzi hesab edən Aİ-nin öz təhlükəsizliyinə diqqəti artırması təəccüblü görünmür.

“Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada 6-cı zirvə toplantısında Avropa məkanının təhlükəsizliyi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Artıq gördüyümüz kimi, Aİ ölkələri 150 milyard avro dəyərində xüsusi fond yaratmaq üçün razılığa gəliblər. Bu fond ilə bağlı sənədlərin təsdiqlənməsi üzərində intensiv işlər gedir. Bu, onu deməyə əsas verir ki, Aİ öz təhlükəsizliyini təmin etmək və heç bir xarici qüvvədən asılı olmamaq məsələsində qərarlıdır. Avropada belə düşünürlər ki, Aİ ağır vəziyyətə düşəcəyi təqdirdə nə NATO, nə də ABŞ ona yardım əli uzadacaq və Avropa öz təhlükəsizliyini özü qorumalı olacaq. Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi bu prosesi daha da sürətləndirib”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri