Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Uşağının tez tez xəstələnməsini istəməyən valideynlər bu yazını OXUSUN Pediatrdan MƏSLƏHƏT

Uşağının tez tez xəstələnməsini istəməyən valideynlər bu yazını OXUSUN Pediatrdan MƏSLƏHƏT

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycanda qışın sərt keçəcəyi proqnozlaşdırılır. Belə olduğu halda uşaqlarda immunitetin zəifləməməsi üçün gündəlik qidalanmada hansı məhsullara üstünlük verilməlidir? Vitamin, mineral və immunitetin güclənməsi baxımından valideynlər konkret olaraq nələrə diqqət etməlidirlər?

Redaktor.az-ın sualına cavab olaraq pediatr Şəlalə Poluxova bildirdi ki, immunitetin güclənməsi üçün bir çox amillərə diqqət yetirmək lazımdır və bunların ən birincisi təbii ki, sağlam qidalanmadır:

"Yəni kifayət qədər vitamin və minerallarla zəngin menyu, keyfiyyətli yuxu və fiziki aktivlik immun sisteminin əsas dayaqlarını təşkil edir. Qidalanma tərəfinə fokuslansaq, gündəlik olaraq nələrə diqqət olunmalı olduğunu qeyd edim. İlk olaraq vitamin və minerallarla zəngin menyu dedikdə nə nəzərdə tutulur? C vitamini ilə zəngin qidalar, məsələn kivi, portağal, naringi, limon, eləcə də tərəvəzlərdən brokkoli və bibər. C vitamini həm iltihab əleyhinə təsiri, həm də infeksiyalara qarşı qoruyucu rolu ilə vacibdir. D vitamini də çox önəmlidir. Qış aylarında günəş az olduğu üçün uşaqlarda D vitamini səviyyəsi tez düşə bilər və bu da immun sistemini zəiflədir. D vitamini mənbəyinə yumurtanın sarısı, balıq kimi qidalar daxildir. Çox vaxt tək qidalanma ilə optimal səviyyə təmin olunmadığı üçün qış boyunca profilaktik dozada D vitamininin qida əlavəsi kimi verilməsi tövsiyə olunur. Təbii ki, bu pediatrla məsləhətləşilərək, qandakı səviyyəyə uyğun şəkildə təyin edilməlidir".

Pediatr əlavə etdi ki, sink də vacibdir:

"Sink viruslara qarşı müdafiədə mühüm rol oynayır. Sinklə zəngin qidalara yumurta, ət, paxlalılar, qoz, fındıq, dəniz məhsulları daxildir. Əgər uşaq kifayət qədər balıq yemirsə, bu həmçinin Omeqa-3 yağ turşuları baxımından çatışmazlıq yarada bilər. Omeqa-3-ün mənbələri balıqla yanaşı kətan toxumu, çia toxumu kimi bitki mənşəli məhsullardır. Omeqa-3 yağ turşuları iltihabı azaltmağa və immun sistemi dəstəkləməyə kömək edir. Süd məhsullarına mütləq yer verilməlidir. Xüsusilə probiotiklər çox vacibdir, çünki immunitetin təxminən 70%-i mədə-bağırsaq sistemi ilə idarə olunur. Probiotik mənbələri kimi kefir və evdə mayalanmış qatıq uşaqların rasionunda mütləq olmalıdır. Bundan başqa, prebiotiklərlə (faydalı bakteriyaların qidası) zəngin qidalar məsələn meyvələr, ıspanaq, banan, alma da istifadə oluna bilər".

Müsahibimiz vurğuladı ki, təbii antioksidantlar isə immunitet üçün güclü dəstəkdir:

"Bunlara göy-göyərti, alma, balqabaq, yer kökü, nar kimi məhsullar daxildir. Həmçinin uşaqlar kifayət qədər zülal qəbul etməlidirlər, çünki immun hüceyrələrinin qurulmasının əsas “inşaat materialı” zülaldır. Əsas zülal mənbələri dana, mal, qoyun, quzu və toyuq əti, yumurta (xüsusilə ağı), paxlalılar, balıq və digər ət məhsullarıdır. Bol maye qəbulu da qış aylarında çox vacibdir. Düzdür, qışda uşaqlar suya daha az meyilli olur, amma su immun sisteminin düzgün işləməsi üçün mütləqdir. Lazım olduqda ılıq suyu balla qarışdırıb uşaqlara təklif etməklə maye qəbulunu artırmaq mümkündür. Bal demişkən, bir yaşdan yuxarı uşaqlara bal tövsiyə olunur, çünki balın həm antiseptik təsiri, həm də təbii enerji mənbəyi olması xüsusilə xəstəlik mövsümündə faydalıdır. Lakin bir yaşdan kiçik uşaqlara bal qətiyyən olmaz".

Şəlalə Poluxovanın sözlərinə görə, valideynlərin gündəlik olaraq diqqət etməli olduğu ən praktik üsullardan biri də beş rəngli meyvə-tərəvəz prinsipidir:

"İngiliscədə “rainbow plate” adlanır, yəni uşağın gün ərzində rasionunda ən azı beş müxtəlif rəngdə meyvə-tərəvəz olmalıdır. Bunları bir boşqaba yığmaq şərt deyil, gün ərzində müxtəlif vaxtlarda az-az istifadə etmək kifayətdir. Uşaqlar həftədə ən azı iki dəfə balıq yeməlidirlər. Səhər yeməyində yumurta olduqca faydalıdır. Həm zülal, həm də D vitamini mənbəyidir. Probiotiklərə gəlincə, gün ərzində heç olmasa bir dəfə qatıq və ya kefir rasionda olmalıdır. D vitamini isə qış boyunca qandakı səviyyədən asılı olaraq  profilaktik və ya lazım gəldikdə müalicə dozasında verilir. Qəlyanaltı kimi qoz, badam, fındıq kimi çərəzlər çox faydalıdır, amma burada mühüm məqam var: 5 yaşdan kiçik uşaqlara bütöv şəkildə vermək olmaz, çünki bu, aspirasiya və boğulma riski yaradır. Bu yaşda çərəzlər yalnız üyüdülmüş formada verilməlidir və bir yaşdan yuxarı uşaqlar üçün uyğundur. Beş yaşdan sonra isə uşaqlara bütöv şəkildə vermək mümkündür və xüsusilə lunch box üçün ideal bir seçimdir.

Nəhayət, şəkərli içkilər, paketli qidalar və abur-cuburdan uzaq durulmalıdır. Çünki şəkər immun hüceyrələrinin fəaliyyətini zəiflədir. Bəzən valideynlər düşünür ki, şəkər enerji verdiyi üçün məktəb yaşlı uşaqların beyninə müsbət təsir göstərir, amma bu yanlışdır. Enerji üçün təbii şəkər mənbələrinə, məsələn quru meyvələrə və ya təzə meyvələrə üstünlük verilməlidir. Paketli qidaların tərkibindəki yüksək şəkər və qatqılar həm immun sisteminə, həm də sinir sisteminin inkişafına mənfi təsir göstərir", - deyə pediatr yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Dekabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri