Icma.az
close
up
RU
Aİ bu günə qədər Ukraynaya 124 milyard avro xərcləyib

Aİ bu günə qədər Ukraynaya 124 milyard avro xərcləyib

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Avropa İttifaqı (Aİ) və onun üzvü olan ölkələr Ukraynanı dəstəkləmək üçün artıq 124 milyard avro xərcləyiblər.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Avropa komissarı Didye Reynders deyib.
“Avropa İttifaqı və onun ölkələri artıq Ukraynaya hərbi yardım da daxil olmaqla 124 milyard avro məbləğində yardım edib”, - Reynders bildirib.
O, Aİ ölkələrinin Ukraynaya hərbi ehtiyaclar üçün 45,5 milyard avro ayırdığını və ehtiyatlarından bütün mümkün silah növlərini, o cümlədən F-16 təyyarələrini təmin etdiyini vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən müsadirə olunmuş gəlirin 1,5 milyard avroluq ikinci tranşından Ukraynada hərbi istehsalın inkişafına 1 milyard avro sərmayə qoymaq niyyətindədir.
“Avropa Komissiyası 1,5 milyard avroluq növbəti tranşdan 1 milyard avronu Ukraynanın hərbi sənayesi üçün ayırmağı təklif edir”, - Reynders bildirib.
O, həmçinin daha əvvəl açıqlanan rəqəmləri sadalayıb. Belə ki, Aİ Kiyevə 1 milyon mərmi tədarük etmək vədini səkkiz ay gec də olsa, yerinə yetirib və Ukrayna Silahlı Qüvvələri üçün 65 min əsgərin təlimini artıq başa vurub. Qışın sonuna qədər isə daha 10 min əsgər hazırlayacağını vəd edib.
Lakin bunun döyüş meydanındakı vəziyyəti dəyişmək üçün kifayət olmadığını bildirən Avropa komissarı Aİ ölkələrini təcili olaraq yardımı artırmağa çağırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri