Aİ bu sanksiyaları bir il müddətinə uzatdı
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Şurası insan hüquqları sahəsində ciddi pozuntulara və sui-istifadələrə görə məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısının yenilənməsini və 8 dekabr 2025-ci ilə qədər uzadıldığını elan edib. SİA xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilib.
"Son yeniləmələrlə məhdudlaşdırıcı tədbirlər hazırda 116 fiziki şəxs və 33 təşkilata şamil edilir. Bu şəxslərin aktivləri dondurulur və Aİ şəxsləri və qurumlarına onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır", - deyə qeyd olunub.
Bundan əlavə, siyahıda olan şəxslərə Aİ-yə səyahət qadağası tətbiq edilir.
Baxış sayı:68
Bu xəbər 03 Dekabr 2024 07:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















