Icma.az
close
up
RU
Aİ də islahatlar aparılacaqmı?

Aİ də islahatlar aparılacaqmı?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya islahatlar məqsədilə altı maddəlik plan təqdim edib

Hazırda mürəkkəb geosiyasi proseslər fonunda Avropa İttifaqı (Aİ) daxilində ziddiyyətlər artmaqdadır. Məhz ziddiyyətlər və fikir ayrılıqları səbəbindən Aİ-yə üzv ölkələr müxtəlif məsələlərlə bağlı qərar qəbul edə bilmir. Prosedur qaydalarına əsasən üzv ölkələrdən biri hansısa sənədin əleyhinə çıxarsa, o sənəd qəbul oluna bilməz.  Xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar daha çox Macarıstan və Slovakiya Brüsselin qərarlarına qarşı veto hüququndan istifadə ediblər. Rəsmi Brüssel, Aİ-nin aparıcı ölkələri vəziyyətdən çıxmaq üçün platforma birlik daxilində islahatları zəruri hesab edir.

Veto hüququnun ləğvi təklif olunur

Yeri gəlmişkən, Almaniya xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında islahatlar üçün altı maddəlik plan təqdim edib. Nazir planında Aİ-nin, xüsusən də xarici siyasət və təhlükəsizlik sahələrində daha effektiv olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsini təklif edib. Getdikcə daha çox Avropa İttifaqı ölkəsi qərar qəbul edilməsində veto hüququnun ləğvini dəstəkləyir. Belə ki, veto hüququ bir ölkəyə bütün ittifaqın qərarlarını bloklamağa imkan yaradır. Alman nazir də məhz ayrı-ayrı ölkələr tərəfindən uzunmüddətli bloklanmaların qarşısını almaq üçün xarici siyasət məsələlərində yekdillik prinsipinin ixtisaslı səs çoxluğu ilə əvəz edilməsinə çağırıb.

Yohann Vadefulun islahat təklifləri arasında yeni üzvlərin mərhələli şəkildə qəbul edilməsi yolu ilə Aİ-nin genişlənməsinin sürətləndirilməsi də var. Almaniya kansleri Fridrix Merts xarici işlər nazirinin planını dəstəkləyərək bu təşəbbüsün lehinə çıxış edib.

Daxili ziddiyyətlər artır

Son illər “qoca qitə”də siyasi böhran da artmaqdadır. Lakin Qərbdə, Avropada  təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Arzuolunandır ki, Avropada belə qarşıdurma ssenarilərinə son qoyulsun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlıq, multikulturalizm seçilsin, bəşəri dəyərlər təbliğ və təşviq edilsin. Lakin proseslər göstərir ki, Avropada mövcud olan bu zərərli tendensiyaya son qoyulması hazırkı dönəmdə real görünmür. Çünki bütün bunların fonunda miqrant problemləri artır, demokratiya və insan haqları məsələlərində ziddiyyətlər güclənir.

Bu neqativ hallar bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Perspektiv üçün proqnozlar isə nikbin deyil. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatında bildirilir ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər olub. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir.

Tramp Brüsseli növbəti dəfə hədələyib

Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi  və miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edir. FRA eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanır. Avropada sağlam düşüncəli liderlər mövcud problemlərin səbəblərini göstərməklə yanaşı, vəziyyətdən çıxış yolunun tapılmasını vacib hesab edirlər.

Göründüyü kimi, Avropa İttifaqı məkanında bütün sferaları əhatə edən problemlər artmaqdadır. Aİ dünyanın müxtəlif regionlarında proseslərə müdaxilə etməkdənsə, özünün daxili məsələlərinə daha çox diqqət ayırmalıdır. Avropa təsisatı isə bu problemləri yaxın zamanlarda həll etməyə hazır görünmür. Üstəlik, Aİ təhlükəsizlik amili ciddi təhdidə çevrilməkdədir. Bu arada, ABŞ-ın tarif təhdidləri də birlik üçün narahatlıq doğurur. Bugünlərdə Prezident Donald Tramp Aİ-ni növbəti dəfə hədələyib. O, bəyan edib ki, Avropa İttifaqı 4 iyul tarixinə qədər keçənilki ticarət çərçivəsini təsdiqləməsə, daha yüksək tarif dərəcələri ilə üzləşəcək: “Aİ-nin sazişin öz tərəfini yerinə yetirəcəyi təqdirdə, buna uyğun olaraq tariflərin sıfıra endiriləcəyinə söz verildi. Mən ölkəmizin 250 illik yubileyinə qədər vaxt verməyə razılaşdım, əks halda təəssüf ki, tarifləri dərhal daha yüksək səviyyəyə qalxacaq”.  Belə bir şəraitdə isə Brüssel vəziyyətdən çıxış yolu kimi daxili islahatların aparılmasını zəruri hesab edir.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri