Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

BMT də islahatlar başlayır...

BMT də islahatlar başlayır...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Təşkilatın 40 min mandatı yenidən nəzərdən keçiriləcək

“BMT - 80” təşəbbüsü çərçivəsində Birləşmiş Millətlər Təşkilatı sisteminin islahatı yeni bir mərhələyə qədəm qoyur - problemlərin “diaqnozundan” praktik dəyişikliklərin həyata keçirilməsinə keçid prosesi başlayır. Baş Assambleyanın prezidenti Annalena Berbok bu barədə açıqlamanı aprelin 6-da Nyu-Yorkda Baş Assambleyanın qeyri-rəsmi iclasında çıxış edərkən verib. Onun sözlərinə görə, təşəbbüsün başlanmasından bir il sonra artıq əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Xüsusilə, mandatların yaradılması, tətbiqi və nəzərdən keçirilməsi ilə bağlı ötən həftə əsas qətnamənin qəbul edilməsi əhəmiyyətli bir addım olub.

BMT mandatlarının bəziləri köhnəlib

BMT-nin mövcud olduğu 80 ildən çox müddət ərzində 40 mindən çox mandat yaradılıb. Lakin bunlardan bəziləri köhnəlib, təkrarlanıb və ya istifadə edilmir. “Bu, sadəcə inzibati islahatla bağlı deyil, BMT resurslarının müasir prioritetlərə və ehtiyaclara uyğunlaşdırılmasını təmin etməklə əlaqəlidir”, - deyən Berbok üzv dövlətlərə bu prosesdə fəal iştiraklarına görə minnətdarlığını bildirib. O, həmçinin xatırladıb ki, mandat icmalı üzrə xüsusi işçi qrupunun iki həmsədri tezliklə təyin olunacaq və 1 may 2026-cı il tarixinə qədər işlərini bərpa edəcəklər. Baş Assambleya sədrinin sözlərinə görə, mandatların nəzərdən keçirilməsi prosesi artıq BMT sistemində səylərin təkrarlanmasını aradan qaldırır və onların təsnifatını müəyyən edir, daha dərin struktur və proqram islahatlarına yol açır.

Tədbirdə, həmçinin BMT Qadınları və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) birləşdirilməsi ehtimalı, eləcə də texnologiyanın inkişafı və məlumatların istifadəsi ilə bağlı məsələlər müzakirə edilib. Berbok vurğulayıb ki, “BMT-80” təşəbbüsü ilə bağlı qarşıdan gələn hərtərəfli hesabat islahatlara əlavə təkan verə, həm onların tempini sürətləndirə, həm də əsas məzmununu təkmilləşdirə bilər. O, təşkilata üzv dövlətləri prosesdə fəal və konstruktiv iştiraklarını davam etdirməyə çağırıb.

Beynəlxalq güclərin inhisarında olan təşkilat

Ümumiyyətlə, BMT strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, dünya ölkələrinin gündəmindədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər  BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Bu zərurəti BMT-nin Baş katibi Antonio Quterreş də etiraf edib. Baş katib rəhbərlik etdiyi təşkilatın modernləşdirilməsinə davam edən təkanların bir hissəsi olaraq, BMT-nin effektiv, qənaətcil və xidmət etdiyi insanlara cavabdeh olmasını təmin etmək məqsədilə islahatlara üstünlük verdiyini deyib. O, həmçinin Baş Assambleya sədrinin rəhbərliyi altında əldə edilmiş irəliləyişlə bağlı bütün üzv dövlətlərlə yaxından və müntəzəm olaraq məsləhətləşmələr apararaq irəliyə doğru istiqamət götürmək və konkret təkliflər təqdim etməyi öhdəsinə götürüb. Quterreş əlavə edib: “Mənim məqsədim səlahiyyətlərimə aid olan sahələrdə mümkün qədər tez hərəkət etmək və üzv dövlətləri özlərindən asılı olan bir çox qərarları nəzərdən keçirməyə çağırmaqdır. Hazırda BMT-nin fəaliyyətinə ehtiyac böyükdür və məqsəd aydındır: insanlara xidmət edən və XXI əsrə uyğunlaşdırılmış daha güclü və daha effektiv Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq”.

BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.

Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri