Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

BMT də islahatlar zamanın tələbidir!

BMT də islahatlar zamanın tələbidir!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılması zaman-zaman gündəmə gəlir. Bununla bağlı növbəti dəfə bugünlərdə  BMT Təhlükəsizlik Şurasında (TŞ) “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Sülh naminə liderlik” mövzusunda keçirilən açıq debatda müzakirələr aparılıb.

Tədbirdə islahat çağırışı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev çıxış edib. BMT-nin sabiq Baş katibi Pan Gi Mun da müzakirələrə qatılıb. O da çıxışında  BMT strukturunda zəruri islahatlara çağırış edib. BMT-nin sabiq rəsmisinin islahat çağırışı əsas etibarı ilə Təhlükəsizlik Şurasının yenilənməsi və Baş katibin rolunun  gücləndirilməsi ilə bağlı olub.

Multilateralizmin qorunmasının və BMT-nin mərkəzi rolunun vacibliyi

Hazırda dünyada kədərli proseslər izlənilir. Müzakirələrdə vurğulandığı kimi, beynəlxalq ictimaiyyət bir-biri ilə əlaqəli çoxsaylı ciddi böhranlarla üz-üzə qalıb. Açıq etiraf olunmalıdır ki, bu böhranlar müasir dünyada çoxtərəfli sistemə ciddi təzyiq göstərir. Acı reallıqdır ki, beynəlxalq birliyin nizamı pozulub. Hüquq, konvensiyalar işləmir, bir sıra hallarda güc amili önə çıxır. Eyni məzmunlu hadisələrə fərqli yanaşmalar sərgilənir. Bəzi hallarda hansısa bir ölkənin başqa bir dövlətə hücumu qətiyyətlə pislənir, ona qarşı vaxt itirilmədən iqtisadi sanksiyalar, hərbi müdaxilələr də daxil olmaqla sərt tədbirlər görülür, müxtəlif cəza mexanizmləri işə salınır. Digər hallarda isə təcavüzkar siyasət aparan və yaxud beynəlxalq hüququ, BMT qərarlarını pozan dövlətlərə qarşı  belə operativ cəza tədirlərinin görülməsi heç yada da düşmür. Əksinə, bir sıra hallarda güc mərkəzləri təcavüzkar dövlətlərin yanında olur, onların BMT qərarlarını yerinə yetirməmələrinə şərait yaradırlar.

Belə ədalətsizliyin və ikili standartların mənfi fəsadları ilə  ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinə məruz qalan Azərbaycan da üzləşib. Ortada BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən 4 qətnaməsi olsa da, işğalçılıq siyasəti düz 30 il davam etdi. Bu, bir tərəfdən beynəlxalq hüququn işləmədiyinin, digər tərəfdən isə BMT-nin gücsüzlüyünün göstəricisi idi. Nəticə etibarı ilə, Azərbaycan tarixi ədaləti və BMT-nin qətnamələrinin icrasını özü təmin etdi. Halbuki, BMT real təsir imkanlarına malik olan güvənli bir təşkilat kimi fəaliyyət göstərməlidir və onun qəbul etdiyi sənədlərin icrası mütləq qaydada təmin olunmalıdır. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının 2024-cü ilin sentyabrında qəbul etdiyi sədr bəyanatına diqqət çəkib. Sənəddə Təhlükəsizlik Şurası multilateralizmin qorunmasının və BMT-nin mərkəzi rolunun vacibliyini xüsusi olaraq vurğulayıb. Həmin bəyanatda, həmçinin beynəlxalq hüquqa sadiqliyin və BMT nizamnaməsinin məqsəd və prinsiplərinin universallığının əhəmiyyəti ön plana çəkilib.

Multilateralizminin siyasi əsası Vestfal sazişi zamanından qoyulub (XVII əsr). Multilaterallığa əsasən,  çoxtərəfli beynəlxalq münasibətlərdə hansısa bir tərəfin üstünlüyü qəbul edilmir. Səfir bildirib ki, BMT nizamnaməsinin və beynəlxalq hüququn yanlış şərhlərinin qarşısının alınması üçün daha çox səylər göstərilməli, beynəlxalq öhdəliklər onların qəbul edildiyi mahiyyət və məzmunda icra olunmalıdır. O, Azərbaycanın yaşadığı ağrılı təcrübənin beynəlxalq hüququn və nizamnamə prinsiplərinin selektiv yanaşma və ikili standartlar olmadan, bərabər və ardıcıl şəkildə tətbiq edilməsinin vacibliyini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib. Diplomat, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də daxili işlərə qarışmama prinsipinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, eyni zamanda inkişafın təşviqi üçün əsas şərt olduğu vurğulanıb.

Burada yenə də respublikamızın nümunəsi diqqət çəkir. T.Musayev Azərbaycanın multilateralizm ideyalarının ardıcıl şəkildə təşviqində fəal rol oynadığını xatırladaraq, ölkənin 29-cu İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməsini, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə və digər beynəlxalq platformalarda sədrliyini və fəal iştirakını nümunə kimi göstərib. O, həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzvlüyünün multilateralizmə töhfə vermək imkanlarını daha da gücləndirəcəyini bildirib.

TŞ-də daha geniş təmsilçilik təmin olunmalıdır

BMT-də multilateraliizm prinsipinin gözlənilməsinin zərurlliyi məsələnin yalnız bir tərəfidir. Eyni zamanda, qurumun funksiyalarının, öhdəliklərinin yenilənməsinə böyük ehtiyac var. BMT 1945-ci ildə yaradılıb. Bu həmin dövr idi ki, ayrı-ayrı ölkələrdə milyonlarla insanın həyatına son qoyan, humanitar, ekoloji fəlakətlərə yol açan İkinci Dünya müharibəsi təzəcə başa çatmışdı. Dünya anlayırdı ki, bəşəriyyətin nicatı həmrəylikdə, münaqişələrin, yaranan çağırışların həllinin birlikdə tapılmasında və məsuliyyətin bölüşdürülməsindədir.

Ötən 80 ildə isə dünyada çox şey dəyişib. Bu günün reallıqları tamam fərqlidir. Belə olan halda “Ümumdünya Hökuməti” yenilənməsə, onun fəaliyyəti müasir çağırışlarla necə uzlaşa bilər? Bu, mümkün də deyil. Belə çıxır ki, 80 il bundan əvvəlin reallıqları fonunda meydana gələn təşkilat dünyanın arxasınca gedir. Halbuki bu qurum drayver olmalı və  çevik fəaliyyəti ilə beynəlxalq birliyin inamını qazanmalıdır.

Digər bir vacib məsələ BMT TŞ-nin genişlənməsi ilə bağlıdır. Qurumun sıralarında 193 ölkə birləşir. Ancaq təşkilatda bu qədər ölkənin təmsilçiliyi əslində formal səciyyə daşıyır. Çünki qurumda TŞ-nın 5 daimi üzvünün mövqeyi həlledicidir. Buna görə də beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, BMT əslində 5 böyük dövlətin maraqlarına xidmət edir. Bəs yerdə qalan 188 dövlət nə üçün 5 ölkənin diqtəsi ilə oturub-durmalıdır? TŞ-da 5 daimi üzv dövlətin bir sıra hallarda sərgilədiyi obyektivlikdən uzaq mövqe dünyada ciddi narazılıqla qarşılanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan obrazlı şəkildə bildirib ki, dünya beşdən böyükdür.  Azərbaycan da BMT-də islahatların aparılmasının tərəfdarıdır. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun qəbul etdiyi sənədlərin icrası mütləq qaydada təmin edilsin. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, BMT TŞ-nın tərkibi yenilənməlidir. Bu gün artıq körfəz ölkələrinin, İslam dünyasının, Qoşulmama Hərəkatının təmsilçiləri də TŞ-də yer almalıdırlar. Yalnız bu halda BMT-nin nüfuzunu artırmaq və ədalətli dünya nizamına nail olmaq mümkündür. 

TŞ-nin sıralarının genişləndirilməsi məsələsi növbəti dəfə yuxarıda bəhs olunan tədbirdə gündəmə gətirilib. Azərbaycan nümayəndəsi əlavə edib ki, inklüziv multilateralizm çərçivəsində böyük və kiçik bütün dövlətlər, xüsusilə inkişaf etməkdə olan ölkələr qlobal qərarların qəbulunda bərabər şəkildə iştirak imkanına malik olmalıdır. Bu baxımdan Təhlükəsizlik Şurasının daha təmsilçi və səmərəli olması üçün islahata ehtiyac olduğu qeyd edilib.

Baş katib üçün 5 il deyil, 7 illik mandat tələbi

Açıq debatda digər iştirakçılar da BMT-də islahatların zəruriliyindən bəhs ediblər. BMT-nin keçmiş Baş katibi Pan Gi Mun bildirib ki, son illərdə beynəlxalq vəziyyət daha da pisləşib. Ukraynaya qarşı qanunsuz işğal, Qəzza zolağında münaqişə və mülki əhali arasında itkilər, eləcə də iqlim böhranı fonunda beynəlxalq əməkdaşlığın zəifləməsi BMT üçün ciddi böhran yaradıb.

Pan Gi Mun vurğulayıb ki, BMT-nin gücü və effektivliyi birbaşa üzv dövlətlərin siyasi iradəsindən asılıdır. Onun sözlərinə görə, təşkilatın mövcud məhdudiyyətlərini aşmaq üçün dərin və həyati islahatlar qaçılmazdır. “Əgər islahatlar aparılmasa, BMT çökə də bilər”, - deyə sabiq Baş katib vurğulayıb.

O, BMT rəhbərliyinin, xüsusilə Baş katibin sülh naminə diplomatiyada daha fəal siyasi rol oynamalı olduğunu qeyd edib. Pan Gi Mun növbəti Baş katib üçün 5 il deyil, 7 illik mandatın tətbiqini təklif edərək, bunun Baş katibin Təhlükəsizlik Şurasının daimi üzvlərindən asılılığını azalda biləcəyini söyləyib.

BMT-dəki böhranın əsas səbəbi kimi Təhlükəsizlik Şurasının fəaliyyətindəki çatışmazlıqlara diqqət çəkən Pan Gi Mun veto hüququndan sui-istifadənin sülh və təhlükəsizlik mandatını zəiflətdiyini deyib. O, veto hüququnun məhdudlaşdırılmasının vacibliyini bildirib və Şuranın XXI əsrin reallıqlarına uyğun islah edilməsinə çağırıb.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see290

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see283

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see271

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see264

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see261

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see253

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see247

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see241

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see240

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see231

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see227

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see209

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see209

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see196

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see191

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see188

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see185

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see184

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see164

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri