Icma.az
close
up
RU
BMT də islahatlar aparılacaqmı?

BMT də islahatlar aparılacaqmı?

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın bir sıra təşkilatları tərk etməsi prosesə təkan verə bilər

ABŞ Prezidenti Donald Tramp ötən həftə Birləşmiş Ştatların onlarla beynəlxalq və BMT təşkilatından, o cümlədən əsas iqlim müqaviləsindən, habelə gender bərabərliyini və qadınların səlahiyyətlərini təşviq edən BMT qurumundan çıxması ilə bağlı açıqlama verib. O qeyd edib ki, bu təşkilatlar “ABŞ-ın milli maraqlarına zidd hərəkət edir”. ABŞ lideri bununla əlaqədar sərəncam imzalayıb.

ABŞ BMT-nin 31 strukturunu tərk edib

“Reuters” agentliyi xəbər verir ki, Trampın icra sərəncamı bütün ABŞ federal qurumlarından 31 BMT strukturunun, həmçinin digər 35 qurumun fəaliyyətində iştirakını və onların maliyyələşdirilməsini dayandırmağı tələb edir. Ağ Evin bəyanatında deyilir: “Bu ixtisarlar Amerika vergiödəyicilərinin maliyyələşdirilməsinə, qlobal maraqları ABŞ-ın prioritetləri hesabına inkişaf etdirən və ya vacib məsələləri qeyri-səmərəli şəkildə həll edən təşkilatlarda iştirakına son qoyacaq ki, ABŞ-ın vergiödəyicilərinin pulları müvafiq missiyaları digər vasitələrlə dəstəkləmək üçün daha yaxşı istifadə edilsin”.

Trampın bu addımı onun çoxtərəfli qurumlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatına qarşı uzun müddətdir davam edən ehtiyatlı mövqeyini əks etdirir. O, beynəlxalq təşkilatların effektivliyini, xərclərini və hesabatlılığını dəfələrlə şübhə altına alaraq, onların tez-tez ABŞ maraqlarına xidmət etmədiyini iddia edib. Tramp prezidentliyinin ikinci müddətinin əvvəlindən bəri ABŞ-ın BMT-yə maliyyələşdirməsini azaltmağa, BMT İnsan Hüquqları Şurasındakı iştirakını dayandırmağa və BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-dan çıxmağa çalışıb. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını açıqlayıb. ABŞ-ın siyahısına, həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransı, Beynəlxalq Enerji Forumu, BMT-nin Adi Silahlar Reyestri və Sülh Quruculuğu Komissiyası daxildir.

Quterreş Ağ Evin qərarından təəssüflənib

BMT-nin Baş katibi Antonio Quterreş isə Ağ Evin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarından çıxmaq qərarı ilə bağlı açıqlamasından təəssüfləndiyini bildirib. Bununla əlaqədar verilən bəyanatda qeyd olunduğuna görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya tərəfindən təsdiq edilmiş müntəzəm büdcəsinə və sülhməramlı büdcəyə ödənilən töhfələr BMT Nizamnaməsinə əsasən Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv dövlətlər üçün hüquqi öhdəlikdir. “BMT-nin bütün qurumları üzv dövlətlər tərəfindən verilən mandatlarının icrasını davam etdirəcək. BMT-nin ondan asılı olanların xeyrinə çalışmaq məsuliyyəti var. Biz mandatlarımızı qətiyyətlə yerinə yetirməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Əslində, D.Trampın məlum qərarının səbəbini ABŞ-da yox, BMT və onun strukturlarında axtarmaq lazımdır. Tramp və administrasiyası da anlayır ki, bu təşkilatlar keçmişdə qalıb, müasir çağırışlara cavab vermir, effektiv deyillər. Bununla əlaqədar ortada Azərbaycan nümunəsi var. Ötən il rəsmi Bakı bir sıra qeyri-effektiv beynəlxalq təşkilatlarda fəaliyyətini dayandırdı. Bu sırada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNDP kimi təşkilatların Bakıdakı ofisləri var idi. Bu baxımdan, rəsmi Bakı dəfələrlə BMT də daxil olmaqla bir çox beynəlxalq təsisatların qeyri-səmərəli olduğunu, bir çoxunun isə müəyyən qüvvələrin əlində təzyiq alətinə çevrildiyini vurğulayıb.

Azərbaycan dəfələrlə BMT strukturlarında islahatlar aparılmasının zərurliyini bəyan edib. Çünki dünyanın ən böyük təşkilatı olan BMT-nin faktiki səmərtəsiz quruma çevrilməkdədir. Bu səəbəbdən də hətta Baş katib Quterreş də ötən il təşkilatda islahatlar aparılmasının zərurliyini vurğulamışdı. Belə ki, o, ötən il BMT-nin yaradılmasının 80 illik yubiley tədbirində bəyan edib: “Mənim məqsədim səlahiyyətlərimə aid olan sahələrdə mümkün qədər tez hərəkət etmək və üzv dövlətləri özlərindən asılı olan bir çox qərarları nəzərdən keçirməyə çağırmaqdır. Hazırda BMT-nin fəaliyyətinə ehtiyac böyükdür və məqsəd aydındır: insanlara xidmət edən və XXI əsrə uyğunlaşdırılmış daha güclü və daha effektiv Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq”.

Beynəlxalq hüquqa nəzarət...

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb.

Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur. ABŞ Prezidentinin məlum qərarı bu prosesi sürətləndirə bilər.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Yanvar 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri