Aİ dəki ton balığı konservlərinin yarıdan çoxu təhlükəlidir (ARAŞDIRMA)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Avropa İttifaqında satılan ton balığı konservləri geniş istifadə olunan qida məhsulu olsa da, 2024-cü ildə aparılan Fransa araşdırmasının nəticələrinə görə, onların seçiminə ehtiyatla yanaşmaq lazımdır. Yoxlanılan məhsulların yarıdan çoxu ən sərt sanitariya normalarına cavab verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Noklapja" yazır.
Qeyd olunur ki, Fransanın qeyri-kommersiya təşkilatı "Bloom” Avropanın bir neçə ölkəsində 148 bankada ton balığı konservi alaraq onları analiz edib. Araşdırmanın nəticələrinə görə, bütün məhsullarda civə ilə çirklənmə aşkarlanıb.
Balıq nə qədər təhlükəsiz istehlak oluna bilər?
"Bloom”un təhlilinə əsasən, yoxlanılan konservlərin 57 faizi əksər balıq növləri üçün müəyyən edilmiş 0,3 mq/kq civə həddini aşır. Ton balığı üçün hazırda Avropa İttifaqında daha yumşaq 1 mq/kq limit tətbiq olunsa da, təşkilat bu normaların həddən artıq liberal olduğunu və sağlamlıq risklərini tam əks etdirmədiyini bildirir.
Bəzi yerli mağazalardan alınan iki məhsulda civə miqdarı müvafiq olaraq 0,16 və 0,21 mq/kq olub və bu, daha sərt tövsiyə həddindən aşağıdır. Lakin bir çox digər məhsullarda daha yüksək göstəricilər qeydə alınıb.
"Ən yüksək civə konsentrasiyası Parisdəki "Carrefour City” mağazasından alınan Petit Navire ton balığı konservlərində aşkarlanıb və 3,9 mq/kq təşkil edib. Bu göstərici təkcə tövsiyə olunan 0,3 mq/kq həddini bir neçə dəfə aşmır, həm də Avropa İttifaqında ton balığı üçün mövcud 1 mq/kq limitini təxminən dörd dəfə keçir”, deyə materialda qeyd olunub.
Araşdırmaya görə, Fransada satılan üç növ konserv hətta normativ 1 mq/kq həddini də ötüb.
Ekspertlər bildirirlər ki, civə ilə çirklənmə bir çox amillərdən asılıdır. Kənd təsərrüfatı və qida sənayesi mühəndisi Ksavye Lefevrın sözlərinə görə, balığın növü, ovlandığı bölgə və yaş faktoru mühüm rol oynayır. Balıq nə qədər yaşlıdırsa, ətraf mühitdən daha çox civə toplama ehtimalı artır.
"Bu baxımdan ton balığı xüsusilə risklidir. Kiçik balıq və molyusklarla qidalanan iri yırtıcı növlər daha çox ağır metal toplaya bilir. Buna görə də Avropa İttifaqı iri balıq növləri üçün daha yüksək limitlər müəyyən edib”, deyə o bildirib.
Bununla belə, ekspertlər vurğulayırlar ki, ton balığı hələ də dəyərli zülal mənbəyidir və ondan tam imtina etmək lazım deyil, lakin istehlakda ölçülülük vacibdir. Sardina və ançous kimi kiçik dəniz balıqları isə adətən daha az civə ehtiva edir və daha təhlükəsiz seçim hesab olunur.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 İyun 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















