Aİ Hörmüzdəki vəziyyətə görə nə qədər itirib? AK Prezidenti açıqladı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) İranla bağlı münaqişə və Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentindəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri Aİ 90 milyard avro dəyərində qazıntı yanacaq idxalına əlavə xərc çəkib. Buna baxmayaraq, alınan enerjinin həcmi artmayıb.
Fon der Lyayen bərpa olunan enerji mənbələri, nüvə enerjisi, biometan və digər texnologiyalar da daxil olmaqla, daxili enerjinin inkişafını sürətləndirməyə çağırıb.
O, Avropanın elektrikləşdirilməsini əsas məqsədlərdən biri adlandırıb.
Aİ 2040-cı ilə qədər enerji istehlakında elektrik enerjisinin payını ikiqat artırmağı planlaşdırır. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, bu, qazıntı yanacaq idxal xərclərini ildə 260 milyard avro azaldacaq.
Qeyd edək ki, İranla bağlı münaqişə qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin əsas marşrutu olan Hörmüz boğazında gərginliyin artmasına səbəb olub. Bölgədə gəmiçilikdə yaranan fasilələr və risklər özünü enerji qiymətlərində, həmçinin, onlardan asılı olan ölkələrin xərclərində göstərir.
Bu mövzuda digər xəbərlər:CENTCOM Hörmüzdəki vəziyyəti açıqladı
29 İyul 2026 20:29
Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər
23 Aprel 2026 12:22
AK Prezidenti müşaviri dəyişdi
07 Sentyabr 2026 13:01
Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... VİDEO
08 May 2026 10:36
Arakçı Quterreşlə danışdı: Hörmüzdəki vəziyyət...
17 Mart 2026 16:47
Baxış sayı:72
Bu xəbər 16 Sentyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















