Icma.az
close
up
RU
Aİ ilə iqtisadi münasibətlər son illərdə sürətlə genişlənir Deputat

Aİ ilə iqtisadi münasibətlər son illərdə sürətlə genişlənir Deputat

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq dövlətlərarası əlaqələrin inkişafında həlledici rol oynayır. Enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və regional sabitlik kimi məsələlərin qlobal gündəlikdə xüsusi yer tutduğu bir dövrdə Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi strateji məna daşıyır. Bu baxımdan martın 11-də Bakıda keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında aparılan müzakirələr zamanı tərəflər arasında siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik kimi mühüm istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, son illərdə Avropa institutları ilə əlaqələrin intensivləşməsi siyasi dialoqun daha sistemli və davamlı xarakter aldığını göstərir.

"Müxtəlif səviyyələrdə keçirilən görüşlər, qarşılıqlı səfərlər və aparılan müzakirələr tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirir. Xüsusilə Avropa Komissiyası nümayəndələrinin son dövrlərdə regiona ardıcıl səfərləri əməkdaşlığın genişlənən gündəliyini aydın şəkildə göstərir. Bu münasibətlər yalnız diplomatik dialoqla məhdudlaşmır. İqtisadi, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr tərəfdaşlığın strateji mahiyyətini gücləndirir. Beynəlxalq münasibətlər mühitində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli regional sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Avropa İttifaqı ilə iqtisadi münasibətlər son illərdə sürətlə genişlənir. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa bazarı ilə bağlı olması tərəflər arasında iqtisadi əməkdaşlığın miqyasını aydın şəkildə nümayiş etdirir. Bu isə iqtisadi tərəfdaşlığın dayanıqlı və qarşılıqlı faydalı xarakter daşıdığını göstərir. İnvestisiya sahəsində də əməkdaşlıq genişlənməkdədir. Yeni layihələrin həyata keçirilməsi regionda iqtisadi dinamikanın güclənməsinə və sənaye sahəsində modernləşmə proseslərinin sürətlənməsinə şərait yaradır. Bu proses yalnız iqtisadi göstəricilərin artmasına deyil, eyni zamanda texnoloji inkişaf və innovativ yanaşmaların tətbiqinə də töhfə verir.

Avropa ilə münasibətlərdə enerji sahəsi xüsusi strateji əhəmiyyət daşıyır. Hazırda Avropa İttifaqına üzv 10 dövlət enerji resurslarını ölkəmizdən əldə edir və ümumilikdə 16 dövlət qaz təchizatından faydalanır. Bu fakt regionun Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını aydın şəkildə göstərir. Enerji resurslarının etibarlı və davamlı şəkildə çatdırılması Avropa qitəsinin enerji balansının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Enerji sahəsində əməkdaşlığın mühüm platformalarından biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində keçirilən toplantılardır. Bu platforma enerji siyasətinin koordinasiyası, yeni layihələrin müzakirəsi və tərəfdaşlığın genişləndirilməsi üçün mühüm mexanizm kimi çıxış edir. Dövlətimizin başçısı çıxışında bildirib ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır: “Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”.

Enerji əməkdaşlığının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Günəş, külək və su elektrik enerjisi üzrə həyata keçirilən layihələr regionun böyük potensiala malik olduğunu göstərir. Qarşıdakı illərdə ixraca yönəlmiş böyük həcmli yaşıl enerji istehsalının təmin edilməsi planlaşdırılır. Coğrafi və iqlim şəraiti bu istiqamətdə geniş imkanlar yaradır. Günəşli günlərin sayının çoxluğu və külək enerjisi potensialının yüksək olması yaşıl enerji layihələrinin inkişafı üçün əlverişli şərait formalaşdırır. Avropa tərəfdaşları ilə həyata keçirilən layihələr enerji infrastrukturunun modernləşdirilməsinə və yeni ötürülmə xətlərinin yaradılmasına imkan verir.

Görüşlər zamanı regional təhlükəsizlik və nəqliyyat məsələləri də diqqət mərkəzində olub. Xüsusilə Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni iqtisadi və logistika imkanları yaradır. Bu marşrut qlobal ticarət əlaqələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Regionda sülh mühitinin formalaşması isə iqtisadi əməkdaşlığın genişlənməsi üçün mühüm amildir. Ermənistanla sülh prosesinin davam etdirilməsi və regionda sabitliyin təmin olunması gələcək əməkdaşlıq perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir.

Avropa İttifaqı ilə münasibətlər çoxşaxəli və strateji xarakter daşıyır. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat marşrutları və regional sabitlik kimi məsələlər tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Bu əməkdaşlıq modelinin əsas məqsədi qarşılıqlı faydalı tərəfdaşlıq yaratmaq və regionda uzunmüddətli sabitliyi təmin etməkdir. Mövcud layihələrin genişləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi yaxın illərdə tərəfdaşlığın daha da möhkəmlənəcəyini göstərir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüşlər Avropa ilə münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir və qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinin geniş olduğunu nümayiş etdirir". 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri