Aİ komissarı: Azərbaycan Prezidenti ilə görüşdə ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa və Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üzrə razılıq əldə olunub.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos “X”-də yanvarın 21-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşımında bildirib.
O, Azərbaycan Prezidenti ilə görüşündə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının icrasına dəstəyini müzakirə etdiklərini qeyd edib.
“Biz Avropa və Cənubi Qafqaz arasında ticarət əlaqələrinin gücləndirilməsi üzrə işlərin intensivləşdirilməsi ilə bağlı razılaşdıq”, - Marta Kos vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















