Azərbaycan Prezidenti: Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin rumıniyalı həmkarı Nikuşor Danaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur.
Azərbaycan Prezidenti əminliyini ifadə edib ki, iki ölkə arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlıq daha da dərinləşəcək.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 Dekabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















