Aİ liderləri Ukrayna ilə bağlı sülh sazişini müzakirə etmək üçün Ağ Evə gedəcəklər
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Donald Tramp: “Bu müharibə ilə bağlı heç nədən razı deyiləm"
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin sualına Tramp "Çox tezliklə. Növbəti bir neçə gün ərzində" deyib.
O əlavə edib ki, Ukraynadakı vəziyyətdən "xoşbəxt deyil".
"Mən onlardan razı deyiləm. Bu müharibə ilə bağlı heç nədən razı deyiləm", - ABŞ Prezidenti deyib.
Bununla belə, ABŞ lideri vəziyyətin həll olunacağına inanır: "Mən bunun həll ediləcəyinə inanıram. Əminəm ki, həll edəcəyik".
ABŞ prezidenti həmçinin bildirib ki, bəzi Avropa İttifaqı liderləri bu həftənin əvvəlində Ukrayna ilə bağlı sülh sazişini müzakirə etmək üçün Ağ Evə səfər edəcəklər.
“Bəzi Avropa liderləri ölkəmizə bazar ertəsi və ya çərşənbə axşamı fərdi şəkildə gələcəklər və düşünürəm ki, biz bu məsələni həll edəcəyik”, o fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Sentyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















