Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Aİ missiyasının daha bir təxribatı

Aİ missiyasının daha bir təxribatı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla şərti sərhəddə patrulların sayını artırmaqda məqsəd nədir?

Ermənistan–Azərbaycan şərti sərhədində yerləşdirilmiş Avropa İttifaqının adı mülki, özü yarımhərbiləşdirilmiş dəstə olan missiyası müntəzəm və gecə patrullarının sayını artırıb. Bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr xidmətinin saytında dərc edilən bəyanatda bildirilib.

Qeyd edilib ki, patrulların sayının artırılmasında məqsəd “sərhədboyu ərazilərdə potensial gərginliyi azaltmaq”dır. Bildirilib ki, missiyanın mövcudluğu 24 saat ərzində davam edir. Müşahidəçilər vəziyyətlə bağlı daimi məlumatlılığı artırmaq və yerli əhali arasında təhlükəsizlik hissini formalaşdırmaq üçün gecə-gündüz işləyirlər.

Xidmətin yaydığı bu açıqlamadan aydın olur ki, missiyanın bölgədən çıxıb getməsi bir yana qalsın, onun fəaliyyəti də səngimir. Əksinə, daha da gücləndirilir. Bu vəziyyət isə nəinki bölgədə sülh və sabitliyin yaranmasına töhfə verir, əksinə etimad mühitinin yaranmasına imkan vermir.

Axı, necə imkan versin? Bir missiya ki, işi-gücü bütün günü şərti sərhədin o biri tərəfində dayanıb bizi müşahidə etmək ola, ondan hansı müsbət nəticələr gözləmək olar? Azərbaycan tərəfi dəfələrlə ən yüksək səviyyədə bildirib ki, bizim Ermənistan ərazilərinə hücum etmək kimi bir planımız yoxdur. Heç zaman da olmayıb. Bizə işğal altındakı torpaqlarımızın azad edilməsi lazım idi ki, bu missiyanı da ordumuz yerinə yetirib. Müharibədən sonra Ermənistana sülh sazişinin imzalanması üçün 5 prinsipi təqdim edən rəsmi Bakı olub. Bu ilin mart ayında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə aparılan danışıqlar da başa çatıb. Bu halda missiyanın geri çağırılması daha doğru olardı. Amma göründüyü kimi, onun patrullarının sayı artırılır. Bu isə bölgədə qeyd etdiyimiz kimi, sülh və sabitliyə qətiyyən töhfə vermir.

Ümumiyyətlə, missiyanın bölgəyə yerləşdirilməsinin tarixçəsinə nəzər saldıqda, xoş olmayan mənzərəyə şahidlik etmək mümkündür. Söhbət ondan gedir ki, müşahidəçilərin bölgəyə daimi əsaslarla yerləşdirilməsi məsələsi rəsmi Bakı ilə razılaşdırılmamışdı. Biz yalnız Aİ-nin müvəqqəti missiyasına razılıq vermişdik. Müvəqqəti missiyanın isə yalnız iki aylıq dövrü əhatə edəcəyi qərarlaşdırılmışdı. Avropa Siyasi Birliyinin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçirilmişdi. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, İrəvan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Beləliklə, əldə olunmuş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin mülki missiyası yerləşdirildi.

İki aylıq müddət başa çatdıqda – yəni 2022-ci il dekabrın 20-də Paşinyan hökuməti missiyanın fəaliyyətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, “mülki” missiya 2023-cü ilin yanvarında 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Bu ilin yanvarında missiyanın müddəti daha iki il müddətinə uzadıldı. Aİ-nin qəbul etdiyi qərara əsasən, avromüşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.

Eyni zamanda, missiyanın say tərkibində də əhəmiyyətli artım var. İlk vaxtlar missiyada 40 nəfər, sonra isə 103 müşahidəçi təmsil olundu. 2023-cü il dekabrın 11-də isə Aİ xarici işlər nazirləri Hayastanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi.

Azərbaycan tərəfi missiyanın bölgədəki fəaliyyətindən razı qalmadığını dəfələrlə bildirib. Prezident İlham Əliyev müşahidəçilərin sərhədyanı bölgədən geri çəkilməsinin vacibliyini ötən il dekabrın 17-də rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində bu sözlərlə ifadə etmişdi: “...Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”

Dövlətimizin başçısı qeyd etmişdi ki, ilkin dövrdə iki aylığına 40 nəfərin yerləşdirilməsi qərara alınmışdı: “Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.

Ancaq göründüyü kimi, rəsmi İrəvan nəinki missiyanı şərti sərhəddən geri çəkmək istəmir, əksinə qərbli tərəfdaşlarına güvənərək destruktiv siyasət yürütməkdə davam edir. Missiyanın patrullarının sayının artırılması da yeni gərginlik ocağı yaratmaq istəyinin təzahürüdür. Çox təəssüf ki, Aİ missiyası gərginlik yaratmaq istəyən bu qüvvələrdən biri rolunu icra etməkdədir. Missiyanın iki ölkə arasında etimad quruculuğu istiqamətində indiyədək hansısa uğura imza atmasından danışanlar isə siyasi riyakarlıq nümunəsi ortaya qoyurlar. Heç kim üçün sirr deyil ki, kəşfiyyatçı missiya bölgədə pozuculuqla məşğuldur. Onun patrullarının sayının artılması pozuculuğun miqyasının daha da genişlənəcəyi anlamına gəlməlidir. Amma qarşı tərəf bilməlidir ki, istər Azərbaycan Ordusunun, istərsə də sərhəd qoşunlarının bölmələri istənilən pozuculuq cəhdlərinə, təxribatlara ikiqat cavab verəcək durumdadırlar.

İlqar VƏLİZADƏ,
“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, siyasi şərhçi

– Bu, əlbəttə, narahatedici məlumatdır. Ona görə narahatedicidir ki, Avropa İttifaqının belə bir qərarın verilməsinə məsul olan şəxsləri regiondakı reallıqları olduğu kimi dərk etmirlər. Yaxud, dərk etmək istəmirlər və bölgədə pozucu hərəkətlərini davam etdirirlər. Ona görə pozucu adlandırıram ki, bu missiyanın mövudluğu Ermənistan–Azərbaycan münasibətlərində gərginlik yaradır. Əgər Avropa İttifaqında qərar verən dairələr bunu anlasaydılar və həqiqətən də iki ölkə arasında sülhün əldə olunmasını istəsəydilər, o zaman missiyanın nəinki say tərkibini çoxaldar, ümumiyyətlə, onu bölgədən çıxarardılar. Amma, bu, baş vermir. Əksinə, missiyanın əməkdaşlarının sayı və patrullarının sayı artırılır.

Digər tərəfdən, son vaxtlar bu missiyanın fəaliyyəti aktivləşdirilib. Bunu açıq şəkildə görmək mümkündür. Onun müxtəlif regionlardakı müşahidəçilərinin, əslində, kəşfiyyatçılarının bəzi bölgələrdə aktivliyi artır. Rəsmi bəyanatlarda qeyd edilir ki, guya, missiyanın fəaliyyəti regionda sülhün, sabitliyin təmin olunmasına yönəlib və ziddiyyətlərin, xüsusilə hərbi sahədə olan gərginliyin azalmasına kömək edir. Amma biz son həftələrdə Azərbaycan–Ermənistan şərti sərhədində mövqelərimizin mütəmadi atəşə məruz qalmasını müşahidə edirik. Demək olar ki, hər gün bununla bağlı məlumatlar yayılır. Hətta, aprelin 5-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə şərti sərhəddə mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Müdafiə naziri ordumuzun bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Yaxşı, əsas vəzifəsi şərti sərhəddə gərginliyin azaldılması olan missiya bölgədə fəaliyyət göstərirsə və onun müsbət nəticələr əldə etdiyi bəyan edilirsə, nə üçün bölgədə gərginlik hökm sürür? Nə üçün onlar atəşkəsin pozulması hallarına biganə yanaşırlar? Atəşkəs təkcə kiçikçaplı deyil, eyni zamanda, iriçaplı silahlar vasitəsilə pozulur. Hətta kvadrokopterlər vasitəsilə kəşfiyyat uçuşları həyata keçirilir. Əlbəttə, bunlar ritorik suallardır və biz cavabların nədən ibarət olduğunu çox yaxşı bilirik. Amma yaxşı olardı ki, missiya nümayəndələri bu barədə bir dəfə bəyanat versinlər. Bu, bir daha göstərir ki, onların bölgədəki fəaliyyəti mənasız və gərəksizdir. Əksinə, zərərlidir. Əgər Avropa İttifaqı regionda sabitliyin bərpa olunmasını istəyirsə, dərhal missiyanın fəaliyyətinə xitam verməlidir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see410

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see330

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see257

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see256

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see252

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see247

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see245

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see236

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see235

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see227

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see224

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see218

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see218

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see206

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see203

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see198

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see196

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see190

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri