Aİ nin ali diplomatı XİN də
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivləri ətraflı nəzərdən keçirilib.
Siyasi dialoqun intensivliyi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb.
Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, “yaşıl enerji” və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
XQ
Baxış sayı:111
Bu xəbər 06 May 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















