Icma.az
close
up
RU
Aİ nin anti Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı ŞƏRH

Aİ nin anti Azərbaycan isterikası: ikili standartlar bölgədə sülhə qarşı ŞƏRH

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqı (Aİ) və onun nəzarətində olan Avropa Parlamentində anti-Azərbaycan isterikası səngimir. Bu qurumlar Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolda əsas maneəyə çevriliblər.
Bizim.Media report-a istinadən bununla bağlı məqaləni təqdim edir:
Xüsusilə, Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verir, müzakirə və qətnamələr qəbul edir. Hədəf və məqsəd bəllidir: Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik prosesinə hər vəchlə mane olmaq. Digər bir səbəb isə Azərbaycanın dünyada artan nüfuzudur.
Elə dekabrın 2-də Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" də bu narahatlığın təzahürü saymaq olar.
Azərbaycan Xarici İşlər Nazirliyi sənədi Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd addım adlandırıb. Bu da təsadüfi deyil. Çünki sənəd postmünaqişə dövründə reallıqları təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyini hədəfə alıb.
Aİ ilə Ermənistan arasında növbəti 7 il müddətində strateji prioritetləri müəyyənləşdirən ikitərəfli sənəddə Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəa əks olunsa da, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilmir. Bu hal Ermənistanın Vaşinqtonda imzaladığı TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

Aİ-də "Tramp marşrutu" ilə bağlı ikili mövqe
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi layihəsinin 7-ci maddəsində tərəflər qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı üzərilərinə öhdəlik götürüblər. Aİ-nin buna reaksiyası ikili yanaşmanın son həddidir. Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə Aİ onun mövcudluğunun qorunmasını və missiyanın tam operativliyinin təmin olunmasını prioritetləşdirir.
Azərbaycanın haqlı gözləntisi isə odur ki, sözügedən sənədə dəyişikliklər olunmalı, ölkəmizin mövqeyi nəzərə alınmalıdır. Maraqlıdır ki, Avropa İttifaqı daxilində "Tramp marşrutu" ilə bağlı yekdil mövqe yoxdur. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosun bu günlərdə Ermənistan KİV nümayəndələri ilə söhbətində "Trampın sülh və firavanlıq marşrutu" ilə bağlı nikbin bəyanatlar verib. "Tramp marşrutu" layihəsi çərçivəsində vəsaitlərimizi yatırmağa hazırıq", - deyən Maraqos Aİ-nin regionda istənilən infrastruktur layihəsini dəstəkləmək niyyətində olduğunu birmənalı şəkildə vurğulayıb. Lakin qurum daxilində bəzi qüvvələr, daha dəqiq ifadə etsək, sorosçu qüvvələr, "voukistlər", liberallar bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyirlər.

Aİ-nin qərəzli yanaşması sistematik hal alıb
Qeyd edək ki, Aİ-nin əsas qurumlarından hesab edilən Avropa Parlamentində də dəfələrlə "Tramp marşrutu"na ikili yanaşmanı əks etdirən müzakirələr aparılıb. Ümumiyyətlə, Aİ-nin Azərbaycana qarşı qərəzli yanaşması uzun illərin "xəstəliyidir" və sistematik xarakter daşıyır.
Məsələn, Vətən müharibəsinə qədər bu qurum bir çox hallarda Azərbaycana ərazi bütövlüyü ilə bağlı Gürcüstan, Ukrayna və Moldova kimi dəstək vermirdi. Əksinə, Azərbaycana müxtəlif böhtanlar atırdı. Hətta Avropa ittifaqı Ermənistanda Müşahidə Missiyası da yaradıb. Bu missiya isə yarandığı ilk gündən bölgədə sülhə qarşı çıxıb.
Aİ-nin ikili yanaşması beynəlxalq məsələlərdə də özünü göstərir. Ukraynaya qarşı apardığı müharibə səbəbindən Rusiyanı sanksiyalarla üzə-üzə qoyan Avropa ittifaqı indiyə qədər ona qarşı 20-yə yaxın qadağa tətbiq edib. Bəs bu məhdudiyyətlərə necə əməl edilir? Rusiya ilə ticarət edən bir sıra ölkələrin gəmilərinə sanksiya qoyulur, digər ölkələr bunu etdiyi halda etiraz yaratmır.
Yaxşı olardı ki, Aİ Azərbaycanın 5 gəmisinə yox, Yunanıstan və Kiprin gəmilərinə qarşı sanksiya tətbiq edərdi. Aİ-nin əsas üzvü Almaniya isə ümumiyyətlə sanksiyalara məhəl qoymur.
Məsələn, Rusiyadan hələ də böyük həcmdə neft alır. Ermənistana qarşı da eyni mövqe sərgilənir. Ukraynada müharibə başlayandan bəri Ermənistan Rusiya ilə idxal və ixrac əməliyyatlarında sanksiya altında olan malların paralel idxal və ixracın əsas kanallarından birinə çevrilib. Lakin Aİ Ermənistana qarşı bəyanatlar, sanksiyalar qəbul etmir. Eləcə də, Avropada istehsal olunan elektronika məhz bu ölkə vasitəsilə Rusiyaya satılır. Elə Aİ özü də boru kəməri vasitəsi ilə Rusiyadan qazın alışını azaltsa da, maye qazın alışını əsaslı artırıb.

Ermənistandakı total siyasi həbslərə susan Aİ

Avropanın qərəzi bunlarla kifayətlənmir. Başa çatmaqda olan il Ermənistanda kütləvi həbslərlə yadda qalsa da, nə Avropa İttifaqı, nə də Avropa Parlamentindən reaksiya daxil olmur. Halbuki bu il ərzində Ermənistanı ciddi həbslər, repressiyalar dalğası bürüyüb. Lakin baş verənlər beynəlxalq media və Qərb dövlətləri tərəfindən hələ də pislənməyib.
Həbs edilənlərin siyahısında din xadimlərindən tutmuş, iş adamları, müxalif siyasi birlik və partiyaları təmsil edən onlarla insan var. Təkcə 2025-ci ildə Ermənistanda həbs və məhkum edilmiş şəxslərin yalnız bir qisminin adlarını Aİ-nin yadına salmaq lazımdır. Siyahıda Ovik Abramyan, Vardan Qukasyan, David Ambartsumyan, Razmik Mkrtçyan, Vardan Arutyunyan və Ermənistanın "milli qəhrəmanı" Tiran Xaçatryan və digərləri var. Aİ hətta kilsə nümayəndələri və keşiş Qalstanyan işi üzrə həbs edilənlərlə də bağlı reaksiya göstərməyib. Burada Tavuş etirazlarının lideri Baqrat Qalstanyan, arxiyepiskop, Şirak yeparxiyasının başçısı Mikael Acapaxyan, Bütün Ermənilərin Katolikosu II Qareqinin qardaşı Gevork Nersisyan və digərlər var.
Mülki şəxslər siyahısında isə Rusiya-Ermənistan iş adamı, "Taşir Qrup"un sahibi Samvel Karapetyan, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin Musalersk filialının baş mühəndisi Ara Avakyan, siyasi bloqçu, "İmnemnimin" proqramının aparıcılarından biri Narek Samsonyan, "İmnemnimin" proqramının aparıcılarından biri Vazgen Saqatelyan, vəkil Ruben Mxitaryan və s. şəxslər var.

Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir.
Aİ-nin müharibə cinayətkarlarına sevgisi də bitmir. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi.
Bütün bunlar onu deməyə əsas verir ki, Aİ-ni Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparması, sərhəddə atəşin açılmaması narahat edir. Bölgədə ayırıcı xətlər çəkməyə çalışan Qərbi həm də Azərbaycanın artan nüfuzu narahat edir. Lakin hamıya məlumdur ki, Aİ artıq parçalanma və ziddiyyətlər içində çabalayır. Konkret olaraq, sanksiyaların işləməməsi və ya kağız üzərində qalması buna misaldır.
Aİ böyük siyasətdə subyektliyini itirir. ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Avropada vüsət almış böhran və dəyərlərin itirilməsi ideyaları bunu açıq nümayiş etdirir. Ukraynada qanlı müharibənin getdiyi, minlərlə insanın öldüyü bir dönəmdə diqqətini sülh prosesinin getdiyi Azərbaycan və Ermənistana yönəltməyin bir hədəfi var - sülh prosesinə mane olmaq və bölgədə itirdiyi təsir imkanlarını İrəvan üzərindən bərpa etmək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri