Icma.az
close
up
RU
Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir ŞƏRH

Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəli, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını, erməni hiyləsinin, riyakarlığını, normal dövlət ola bilməməsini bir daha dünyaya nümayiş etdirdi. Bununla bir daha sübut olunur ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Artıq atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir. Çünki bu gün şərtləri qalib ölkənin qalib Lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diktə edir və illərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Eyni zamanda məğlub Ermənistanın savaşdan beş il ötməsinə baxmayaraq hələ də sülh müqaviləsinin imzalanmasından boyun qaçırması, vaxt udaraq gizli şəkildə silahlanması Azərbaycanı daha diqqətli olmaca sövq edir. Çünki tarixin bütün zamanlarında Azərbaycan xalqı erməni hiyləsinin, erməni məkrinin qurbanı olub. İndii isə zaman dəyişib və bu gün bir daha vurğulamaq istərdim ki, diktə edən Azərbaycandır. Lakin bu gün Ermənistan hakimiyyətinin sülh əvəzinə hərbi təxribatlara meyl göstərməsi, bölgədəki maraqları üçün hazırkı Ermənistan rəhbərliyini alətə çevirmiş Qərb dövlətlərinin iki ölkə arasında sülh sazişinin imzalanmasına hər vəchlə mane olmasıdır. Belə bir şəraitdə sülh müqaviləsinin imzalanmasının özü ciddi sual altındadır. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan bu günədək olan müddətdə Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəliklərin heç birini könüllü şəkildə yerinə yetirməyib. Və işğalçı Ermənistanın Fransa, Hindistan və digər dövlətlər tərəfindən durmadan, davamlı şəkildə silahlandırılması isə həm sülh danışıqlarının gələcəyi, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlar yaradır. Xüsusilə qeyd edilməlidir ki, Ermənistan rəhbərliyi bir tərəfdən sülh barədə bəyanatlar verir, digər bir tərəfdən isə sürətlə silahlanma yarışına çıxır.

Sülh müqaviləsi üçün konkret addımlar atmayan rəsmi İrəvanın yenidən müharibəyə təhrik edilməsi isə bu ölkə rəhbərliyinə heç bir inam qalmadığını da ortaya çıxarır. Heç vaxt verdiyi vədləri yerinə yetirməyən Nikol Paşinyanın sülh müqaviləsinin şərtlərini yerinə yetirməməsi, hazırkı Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar işğalçı müddəaların qüvvədə olması sülh sazişinə olan ümidləri də azaldır. Bu bir faktdır ki, Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi zəruridir. Ən maraqlısı odur ki, Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasının olduğunu baş nazir Nikol Paşinyan da etiraf edib. O da bildirib ki, Ermənistana yeni Konstitusiya lazımdır. Yeni geosiyasi və regional şərait nəzərə alınaraq yeni ana qanunun hazırlanması vacibdir. Bu məsələdə olduqca incə məqamlar var. Çünki Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Dövlətimizin başçının da söylədiyi kimi, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər.

Bu yerdə Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" adlı beynəlxalq Forumda söylədikləri istər dünyada baş verən hadisələri, istərsə də ölkəmizin daxilində gedən prosesləri qiymətləndirmək baxımından çox əhəmiyyətlidir. Dövlət başçımızın dərin məzmunlu çıxışında Azərbaycan- Ermənistan münasibətləri, sülh quruculuğu prosesinin indiki mərhələsi, İrəvanın təxribat ritorikası, Ermənistanın qarşısında duran hazırki şərtlər, habelə hazırki şərtlərin yerinə yetirilmədiyi təqdirdə qarşı tərəfi və regionu nələrin gözlədiyi barədə aydın təsəvvür yaranır.

Azərbaycan Prezidentinin Forumdakı çıxışı zamanı Ermənistanı Azərbaycana qarşı təxribatlar törətmək üçün qızışdıran qüvvələrə olduqca önəmli mesajları oldu. Bu bir tarixi həqiqətdir ki, Ermənistan nə qədər silahlanırsa, silahlansın, Azərbaycanın "Dəmir yumruğ"u qarşısında hər zaman acizdir. İkinci Qarabağ müharibəsindəki tarix qələbəmiz bunu sübuta yetirdi. Odur ki, hazırkı məqamda bölgədəki maraqları üçün Ermənistan rəhbərliyini Azərbaycana qarşı qanlı təxribatlara sövq edən təxribatçı qüvvələr Prezident İlham Əliyevin bu fikirlərindən nəticə çıxarmalıdırlar.

“Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.

Azərbaycan Prezidenti forumdakı çıxışında qeyd edib ki, Ermənistanda Azərbaycana münasibətdə hər hansı bir siyasi cərəyanın liberal, yaxud konstruktiv mövqeyi yox, sadəcə revanşistləri iki yerə bölmək olar. Bunlar radikal revanşistlər və aktiv, passiv revanşistlərdir. Bu isə onu göstərdi ki, Ermənistan və Azərbaycan arasında problemlər sülh müqaviləsi imzalansa belə bir gündə həll olunmayacaq. Azərbaycan Prezidenti bunu çox aydın şəkildə ifadə edərək dedi ki, biz sülh müqaviləsi imzalasaq belə, bir gündə Ermənistan və Azərbaycan dost ölkələr olmayacaq. İmzalanması nəzərdə tutulan mümkün sülh müqaviləsi, şübhəsiz ki, müəyyən inteqrasiya və iqtisadi əlaqələri ilkin mərhələdə fürsətlər yarada bilər. Amma nə qədər ki erməni cəmiyyətində azərbaycanlılara qarşı etnik nifrət var, Azərbaycana qarşı ürəklərində ərazi iddiası ilə gəzirlərsə, bir o qədər də Ermənistan-Azərbaycan münasibətləri normal münasibətlər hesab edilə bilməyəcək. Əslində bu, sadəcə bir mövqe deyil, həm də çağırış idi. Hansı vəziyyətdə və Ermənistana münasibətdə hansı mövqedə olmağımızla bağlı obyektiv dəyərləndirmə idi.

Və Ermənistan bir daha anlamalıdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənablarının irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Dövlət başçısı İlham Əliyev cənablarının söylədiyi kimi: «30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu».

Bu yerdə Ermənistana «Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət gedə bilməz!” və «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı. Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!» – bu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının sözü və tələbidir!.Bunu Paşinyan və ona havadar olanlar unutmasınlar!

Bir sözlə, bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər bir ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri