Icma.az
close
up
RU
Aİ nin “durbin missiyası” Ermənistandan getmir? Razılıq ondan ibarətdir ki...

Aİ nin “durbin missiyası” Ermənistandan getmir? Razılıq ondan ibarətdir ki...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“Ermənistandakı Avropa İttifaqının "müşahidə" missiyasına artıq ehtiyac qalmayıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Ekspert vurğulayıb ki, Aİ-nin "müşahidə" missiyasının bölgəyə, Azərbaycan-Ermənistan sərhədlərinə hansı məqsədlərlə gəldiyi və ötən müddət ərzində nə işlər gördüyü hamıya bəllidir:

"Tərəflər arasında Vaşintqonda razılaşmalar əldə olundu və sülh sazişi paraflandı. Sazişin paraflanması, təsdiqlənməsi artıq sülh və razılıq deməkdir. Ona görə də sərhədlərdə Aİ-nin "müşahidə" missiyasının qalması, fəaliyyətini davam etdirməsi qeyri-mümkündür”.

Zaur Məmmədov: İrəvan hökuməti Aİ-nin missiyasının fəaliyyətinə imkan verməyəcək

Müsahibimiz qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında gedən sülh danışıqlarının əsas istiqamətlərindən biri üçüncü qüvvələrin sərhəd yaxınlığında yerləşməməsi ilə bağlı idi. Artıq tərəflər bu məsələdə razılaşıblar:

“Razılıq da ondan ibarətdir ki, Azərbaycan və Ermənistan sərhədində heç bir üçüncü qüvvə olmayacaq. Belə olan təqdirdə İrəvan hökuməti də Aİ-nin missiyasının fəaliyyətinə imkan verməyəcək”.

“Yaxın vaxtlarda Aİ-nin "müşahidə" missiyasının Azərbaycan-Ermənistan sərhədini tərk edəcəyi şübhəsizdir", - deyə Zaur Məmmədov vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistanda mandatı əsasında "müşahidə" missiyasını davam etdirəcək. Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib ki, hazırda hər hansı dəyişikliyə zərurət yoxdur. Onun sözlərinə görə, Ermənistan xalqı və hökuməti Aİ-nin Ermənistandakı missiyasını alqışlayır:

"Missiya fəaliyyətini davam etdirir. Əgər hansısa dəyişiklik zərurəti yaranarsa, biz bunu üzv dövlətlərimiz və əlbəttə, Ermənistan hökuməti ilə müzakirə edəcəyik".

Vaşinqtonda sazişin ilkin imzalanmasından sonra hər hansı müzakirənin olub-olmadığına dair suala cavabında isə Maraqos qeyd edib:

"Xüsusilə vurğulamalıyam ki, Aİ-nin Ermənistandakı missiyası burada Ermənistan hökumətinin müraciəti ilə yerləşdirilib və ehtiyac olduğu müddətcə burada qalmağa davam edəcək. Bu, sülh və nizamlama alətidir. Biz də tam şəkildə bunu dəstəkləyirik".

Xatırladaq ki, Vaşinqtonda paraflanmış sülh sazişində yer alan konkret müddəaya əsasən, tərəflər heç bir üçüncü tərəfin hərbi qüvvələrinin öz ərazilərində qarşı tərəfə təhdid yaratmasına yol verməyəcəklər. Ermənistan baş naziri Nikol Paşinyan da bildirib ki, müqavilə hər iki ölkə sərhədində üçüncü ölkə personallarının yerləşdirilməsini əngəlləyəcək. Bu müddəa bilavasitə hazırda Ermənistan tərəfdə olan xarici qüvvələrə şamil edilir.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri