“Aİ nin heç nəyə lazım olmayan missiyası regiondan çəkilməlidir” Politoloq
Icma.az, 525.az saytına istinadən bildirir.
“Avropa İttifaqının Ermənistan ərazisindəki missiyasına hər hansı ehtiyac qalmayıb, çünki artıq Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb”.
Bu barədə 525.az-a politoloq İlyas Hüseynov deyib.
O xatırladıb ki, xarici işlər nazirlərinin parafladığı sənəddə göstərilir ki, Azərbaycan və Ermənistan sərhədində üçüncü tərəflərə aid qüvvələr olmamalıdır:
“Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının böyük qələbəsidir. Çünki Avropa İttifaqının mülki missiyası tamamilə destruktiv fəaliyyətlə, pozuculuqla məşğul olurdu. Yalnız Brüsselin diktəsi ilə regionda gərginlik yaratmağa cəhd göstərirdi. Bu missiyanın tez bir zamanda çıxması regionun, elə Ermənistanın özünün xeyrinə olar. Ayrı-ayrı güc məkəzlərinin regionda iştirakı hər zaman gərgin münasibətlər sisteminin yaranmasına səbəb olur. Bu mənada Aİ-nin heç nəyə lazım olmayan, sülhə heç bir töhfə verməyən missiyası regiondan çəkilməlidir. Çox yaxın zamanda bu missiyanın regionu tərk etməsi böyük diplomatik uğur olacaq. Eləcə də hərbi-siyasi sahədə regionun daha da müstəqil formada fəaliyyət göstərməsinə şərait yaradacaq”.
Politoloqa görə, şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında ortaq mövqenin formalaşması, diplomatik münasibətlərin bərqərar olması, kommunikasiya xətlərinin açılması sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verəcək. Burada dövlətlərin müstəqil qərar vermələri üçün ayrı-ayrı güc mərkəzlərinin təsirinə heç bir ehtiyac qalmayacaq.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Avqust 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















